Cümə , Aprel 26 2024
azfa

Alban aşığı Sayat Nova (1712-1795)

GADTB: Əsasən Azərbaycan türkcəsində şeirlər yazan alban(qıpçak) şairi, aşığı və məhşur kamança ustası. Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərinin çoxunu Azərbaycan türkcəsində qələmə alınmışdır.

Səyat Novanın anası Sara, Tiflis şəhərində anadan olmuş albanlardan idi, bəzi saxtakar hayların uydurmasına görə atası Karapet isə guya Hələb şəhərindən gəlmiş hayylardan imiş. Karapet əslində Hələbdə yaşayan xristian Ərmənə türkmənlərindən idi. Ümumiyyətlə Hələbdə xristian hayydan başqa başqa da bir xristian millət olaməzdi ki, ?!?!?!

(kursiv özümündür, P. Əsədov)

Sayat Nova 1712-ci ilin 14 iyun tarixində Azərbaycanın qədim şəhərlərindən olan  Tiflisdə anadan olur. Anası ilə daim gürcü dilində danışdığından ilk öyrəndiyi dilin gürcü dili olduğu ehtimal edilir. Bu ehtimalı gücləndirən əsas səbəblərdən biridə Sayat Nova tərəfindən yazılan ilk şeirin gürcü dilində olmasıdır. Yeniyetməlik yaşlarında o qriqoryan məzhəbində olduğu üçün məcburi olaraq hayy dilini öyrənir. Təbii ki, bu normal hal idi, çünki albanlar VII əsrdən qriqoryanlıq məzhəbini qəbul etdikləri dövrdən hayyca danışmaq adi hal idi, buna baxmayaraq albanlar öz ana dillərində(qıpçakca) XIX əsrin axırlarına qədər danışırdılar.

Musiqi sahəsinə olan böyük həvəsi nəticəsində müxtəlif musiqi alətlərində ifa etməyə səy göstərirdi. Kamança və Çoğur qısa zamanda sevimli musiqi alətlərinə çevirilir. Musiqi sahəsində məhşurlaşması nəticəsində dönəmin Kaxetiya çarı II İrakli tərəfindən təşkil edilən ziyafətlərdə çıxış etməyə başlayır.

Musiqi sahəsi ilə yanaşı diplomatik sahədə də fəaliyyət göstərən Sayat Nova Azərbaycan Türk İmperiyası ilə Gürcü kralları arasında olan danışıqlarda iştirak edirdi. Kübar cəmiyyətdə böyük nüfuzunun olmasına baxmayaraq dönəmin Səfəvi şahının bacısına aşiq olması və bu barədə sarayda müxtəlif dedi-qoduların yayılmasından sonra nüfuzunu və bütün vəzifələrini itirir.

(Bu hələ sübut olunmayıb. P. Əsədov)

Bu hadisədən sonra rəsmi dövlətçilik işlərindən kənarlaşır və rahib həyatı sürməyə başlayır. 1759-cu ildə Alban(Qandzasar) Kilsəsi tərəfindən rahib təyin edilir. Ter-Stepanos rütbəsi verilən Sayat Nova, əvvəlcə İrandakı Ənzəli Kilsəsində, 1765-ci ildə isə Qaxdakı kilsədə(Kürmüx) xidmət göstərməyə başlayır.

Həyat yoldaşı Mərmər 1768-ci ildə uzun müddət davam edən xəstəlikdən sonra vəfat edir. Bu hadisə Sayat Novaya olduqca pis təsir edir.

Sayad Novanın bu evlilikdən dörd övladı dünyaya gəlir. Ohanes, Ohan, Məryəm və Sara. Sevimli həyat yoldaşının ölümündən sonra qərbi Azərbaycan- da(indi Ermənistan) ərazisində yerləşən Ağbat Monastrında rahiblik etməyə başlayır. 1795-ci ildə xidmət etdiyi monastrın daxili otaqlarının birində öldürlülür. Sayat Novanın öldürülmə səbəbi kimi Ağa Məhəmməd şah Qacarın adamlarının ona zorla İslamı qəbul etmələrini təkid etməsi, buna qarşı gəldiyi üçün öldürülməsi göstərilir. Ancaq bu ehtimalın dəqiq olması şübhəlidir. Belə ki, Sayat Nova öldürülən zaman 83 yaşı vardı. Digər mühüm bir iddia isə Sayat Novanın kilsə daxilində güclü nüfuzunun olmasını qəbul edə bilməyənə alban rahiblər ona qarşı suiqəsd cəhti həyata keçirmiş və onu öldürmüşdür.

Başqa bir iddiaya görə isə, Ağbat Kilsəsini ələ keçirən Qacarın əsgərləri, Sayat Novadan kilsənin xəzinəsinin yerini öyrənmək üçün ona işgəncə verirlər, və bu işgəncələrə dözməyən yaşlı şair-rahib həlak olur.

Alban Qriqorian Kilsəsi daxilində XIX əsrin əvvəllərinə yaxın şiddətlənən kilsə çəkişmələri bu ehtimalı gücləndirir. Həyatının böyük qismini kilsə işlərinə sərf edən Sayat Nova alban türk ədəbiyyatının XVIII-XIX əsr yaradıcılığının ən böyük nümayəndəsi sayılır. Dini vəzifələrdə çalışsada tərəfindən yazılan ədəbiyyat nümunələri əsasən romantik və dünyavi ruhdadır. Bu gün müəllif tərəfindən nə qədər incəsənət nümunəsinin yaradıldığı dəqiq məlum deyil. Əsas məlum olan 220 dən çox musiqi və şeirin ona məxsus olmasıdır. Dünyada hayy musiqiçisi kimi təqdim edilsədə Sayat Nova əslində  dinayrı qardaşları olan Azərbaycan türklərinin və gürcü xalqının ədəbiyyat mühitindən təsirlənmişdir.

Azərbaycanda Səyyad Nova kimi tanınan şairin günümüzə gəlib çatmış əsərlərin yarısından çoxu Azərbaycan türkcəsindədir. Bunun əsas səbəbi onun alban türkü olmasıydısa digər bir səbəbi isə XVIII və XIX əsrdə Qafqazda yaşayan ozanlar və şairlər üçün Azərbaycan türkcəsinin imkanlarının digər dillərin imkanlarına nisbətən daha geniş olması idi. Ozanlar bayatı və qoşmalarını hər zaman Azərbaycan dilində yazırdılar. Gürcü dili əsasən hərbi və diplomatik yazışmalarda istifadə edilirdi. Sayat Nova Tbilisi şəhərində yerləşən Köhnə Tbilisi səmtində dəfn edilmişdir.

Poetik yaradıcılığa azərbaycan dilində qoşduğu mahnılarla başlayan Sayat Novanın irsi iki dəftərdə toplanmış toplam 209 şeirdən ibarətdir ki, bunlardan 115-i türk(Azər.),

60-ı hayy(məcburi) və 34-ü gürcü dillərindədir. Aşığın bir neçə fars və ərəb dillərində də əsərləri mövcuddur. Lakin maraqlı olan budur ki, 1760-cı ildə Sayat Novanın öz əli ilə ayrıca birinci dəftərə köçürüb saxladığı mahnılardan 114-ü azərbaycan dilindədir. İkinci dəftər isə, 1823-cü ildə gürcü şahzadəsi Teymurazın tapşırığı ilə şairin oğlu Ohan tərəfindən tərtib edilmişdir və bu dəftərdə də bir neçə mahnı gürcü əlifbası ilə Azərbaycan türk dilində qeyd edilmişdir. Həmin şeirlərdən bəzilərini sizə olduğu kimi təqdim edirəm.

“Biri deyər Sayat Nova haradan,

Birisi hey deyər, biri Həmədan.

Vətənim Tiflisdir, səmti Gürcüstan,

Anam Hallavarlı, atam Hələbli.”

Qeyd: Təmiz oğuzca yazıb. (P. Əsədov)

“Es rira mamavida, babənki kərdəm,

Var qit boynu buruq, danin dus sarats.

Çuğa cavaqa bine, az eşqi nərdəm,

Divanə gəzirəm  banin duz arats.”

Qeyd: Yarı qıpçak, gürcü və farsca.

(P. Əsədov)

,,Üzü Gül”

“Nazlı dilbər açılıbdır gül kimi,

Zülfü güldür, qaşı güldür, gözü gül.

Biri gülü xar sevər, biri gülü bülbül,

Xətti güldür, xalı güldür, üzü gül.”

Qeyd: Təmiz oğuzca. (P. Əsədov)

“İstərəm ki, gözəl bir bəri baxsın,

Eşği qəmzəsini sinəmə taxsın.

Qoy Sayat Novanı yar eşği yaxsın,

Nazı güldür, atəşi gül, közü gül.”

Qeyd: Təmiz oğuzca. (P. Əsədov)

“Sayat Nova sözün söylər matahdan,

Sərin saxlaginən çox tavakatdan,

Nəmək yedikcə arvad xatadan,

Deyərəm saxlasın yaradan sizi.”

Qeyd: Qıpçakcanın, yəni alban dilinin təsiri hiss olunur.  (P. Əsədov)

Maraqlıdır ki, Sayat Nova etməni-hay dilində qələmə aldığı başqa bir şerində özünü 《Mən inancıma görə erməni Sayat Nova》kimi təqdim edir və erməni,yəni monofizit xristian olduğunu bildirir. Sonda onu da qeyd edim ki, Sayat Nova bir şeirində özünü 《türk》 adlandırır.

“Vəslinə eylədi ərk Sayat Nova,

Məcnuna, Fərhada görk Sayat Nova,

Aşıq Sayat Nova, Türk Sayat Nova.”

Paşa Əsədov

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …