Çərşənbə axşamı , May 17 2022
azfa

Albaniya ilə bağlı müəmmalı qaynaqların əsəs səbəbi nə idi ???

GADTB: Amma bir məsələ var ki, İber hökmdarları arasında Azo adında birisi olmayıb. “Kartlis tsxovreba”da sadəcə bildirilir ki,

bugünkü Gürcüstanın önəmli bir hissəsi Azoya tabe olub. Azonun haranın çarı olduğunu isə biz sikkələrin birinin üzərində yazılmış başqa bir yazıdan öyrənirik (Tuncay B., 2015b).

Bu sikkənin ikinci üzündə “Orxon – Yenisey” əlifbası ilə yazılmış aşağıdakı mətndə bunları oxuyuruq: ZSRNg SNg ULU SR SKRNg P LT LR (Transkripsiya M. Rəhbəriyə aiddir).

Çatışmayan saitləri əlavə edib, mətni kəlmələrə ayırdıqda isə belə bir yazı alınır: aZo SaRıNg (Azo padşahın)   SiNgi (süngü, söngü-ölçü vahidi) ULU SaRı (ulu padşahı) SaKaRıNg (sakar türkmən boylarından birinin adıdır) aPa (böyük ?)   aLTı LıRə.

Beləliklə, Azo türkmənlərin sakar boyuna aid olmuş. Hakimi olduğu ölkə də bu soyun adı ilə Sakar adlanmışdır. Qeyd

etmək lazımdır ki, qədim Urartu mənbələrində Mannanın böyük əyalətlərindən biri Saqarta kimi qeyd edilib. Aşşur mənbələrində adı Zikertu kimi keçən həmin əyalətin paytaxtının Partav (Bərdə) olduğu bildirilir (Tuncay B., 2015b).

Burada bir məsələni xüsusi qeyd etməmiz lazımdır. X əsr ərəb müəllifləri Əl-İstəhri və İbn Haldun Bərdə bölgəsində “Arran dilində” danışıldığını yazmışlar (Велиханлы H., 1974, s.

169). Arranda “Arran dilində” danışıldığını onlardan daha öncə, daha dəqiq desək, VI əsrdə Mitilenli Zaxariy də qeyd etmişdir. (Гукасян B., 1968, s. 90)

Azonun sikkələrinin dili bu dilin, yəni

“Arran dili”nin hansı dil olduğunu ortaya qoymuş olur. Və əgər İ.Cəfərsoyun Azonun əfsanəvi çarı Aranın oğlu olduğu barədə söylədikləri doğrudursa, o zaman çar Aranın e.ə. IV əsrdə yaşadığını söyləyə bilərik.

Elmi ədəbiyyatda belə bir yanlış fikir var ki, guya “Arran(alban) dili” VIII əsrdə bütünlüklə unudulmuş, albanlar isə bir

etnos kimi tarix səhnəsini tərk etmişdilər. Hesab edilir ki, guya həmin dövrdən sonra albanlar öz dillərini tərk edərək, erməni-hay dilinə keçmişlər (Гукасян B., 1968, s. 131). Bu yanlış fikirdən çıxış edən S. Aşurbəyli bildirir ki, “Arran dili” deyəndə ərəb müəllifləri Azərbaycan türkcəsini nəzərdə tutmuşlar.

(Ашурбейли, 1985, s. 67).

S. Yeremyan isə Aqafengel, Movses Xorenatsi və digər əski erməni-hay müəlliflərinin əsərlərində Bərdənin Uti vilayətində yerləşdiyi barədə məlumatlara istinad edərək, “Arran dili”nin udin dili olduğunu iddia etmişdir (Еремян, 1958 а, s. 327). Hər çənd ki, udinlərin Uti vilayətində deyil, Udin vilayətində yaşa-

dıqları məlumdur.

Bu fikrilərin heç biri ilə razılaşmaq mümkün deyildir. Çünki dövrümüzədək XVI-XVII əsrdə üzü köçürülmüş çox sayda albandilli (qarqar-qıpçaq dilində) əlyazma və bu əlyazmalar sayəsində Mxitar Qoş, onun şagirdi Vanağan, alban katalikosu Nerses (XII əsr), tarixçi alim Kirakos Gəncəli (XIII əsr) və s.

kimi bir çox alban müəllifinin alban dilində qələmə aldığı onlarla əsər dövrümüzədək yetişmiş və onların hamısının dilinin qıpçaq türkcəsi olduğu məlum olmuşdur (Tuncay, 2010).

Əldə olan təkzibedilməz dəlillər eyni əlifba və dilin Arsaklar sülaləsinin hakimiyyəti dövründə də, daha dəqiq desək, Arsvaqenin dövrünə (430-440) qədərki, yəni albanların yeni əlifbaya keçməsinə qədərki dövrdə də keçərli olduğunu söyləməyə tam əsas verir.

Dövrümüzədək Parfiya Arşaklarına (Арсакиды, 1890-1907;

Луконин В. Г., 1987, с. 241) aid edilən çox sayda sikkə də yetişmişdir. Onlardan birinin I Arşaka aid olduğu söylənilir. Bunun da səbəbi həmin sikkənin üzərində yunan hərfləri ilə «Arsak» yazılmış olmasıdır. Əski yunan dilində “ş” səsi olmadığından onu “s” hərfi ilə yazardılar. Odur ki, sikkədə “Arşak” əvəzinə “Arsak” yazılmışdır. Lakin sikkənin arxa tərəfində taxtda oturan və əlində qədim yay tutan şahın sol tərəfində başqa yazı da var.

Bu yazının guya arami hərfləri ilə yazıldığı, mənasının anlaşılmadığı söylənilir. Əsil məsələ də elə bundadır.

Məsələ burasındadır ki, sol tərəfdəki yazılar arami yazısı yox, türk yazısıdır. Yazı elm aləmində “Orxon-Yenisey əlifbası” və ya “türk runik işarələri” adları ilə tanınan hərflərlə yazılıb və orada yazılanlar sikkənin I Arşaka deyil, onun oğlu Tiridada aid olduğunu göstərir.

Burada «TRTT» yazıldığı anlaşılır. Buradakı birinci «T» qalın, üç və dördüncü yerlərdə gələn «T»-lər isə incə «T» hərflə-

ri ilə yazılıb. Saitlər isə göstərilməyib. Çatışmayan «i» və «a» saitlərini yerinə qoyduqda adın yunan mənbələrində «Tiridad», erməni və alban mənbələrində isə «Trdat» (Афиней, kitab. 4, 38, 153а) kimi qeyd ediləm «TiRiTaT» olduğunu söyləyə bilərik. Deməli, sözügedən sikkə I Arşaka deyil, onun oğlu, II Arşak ləqəbli I Tiridada aiddir.

Sikkənin arxa tərəfindəki şəkildə taxtda oturmuş I Titidadın əlində yay tutması da çox maraqlıdır. Məsələ burasındadır ki,

əski türklərdə yay hakimiyyət rəmzi idi.

Şahlar Hacıyev,

Bəxtiyar Tuncay.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …