Bazar , Noyabr 15 2026
azfa

Albanların quzey-batı qolu olan buntürklər

GADTB: Gürcü mənbələri Borçalı ərazisindəki ən qədim etnos kimi buntürklərin adını çəkir.  «Moksevay Kartlisay» (Kartlinin dönməsi, dinə gəlməsi) əsərində buntürklərin adı miladdan öncə IV əsrdə Makedoniyalı İsgəndərin yürüşü ilə bağlı çəkilir.

«İsgəndər Lot törəmələrini yarımqaranlıq diyara sıxışdırarkən ilk dəfə Kür çayı boyunca dörd şəhərdə – Sarkine, Kaspi, Urbnisi, Odzraxe yaşayan çılğın BUNTÜRK tayfalarını gördü. Onların ən böyük qalası Sarkine idi».

Mənbə burada buntürkləri, gürcü mənbələrində «ievusey» adlandırılan, miladdan əvvəl VII əsrdə Ön Asiyaya yürüş etmiş işquzların (İç Oğuzların) törəmələri hesab edir.

«Buntürklərə dov gələ bilməyən hökmdar uzaqlaşıb getdi. Bu zaman haldeylərdən ayrılan döyüşkən HONLAR gəldilər və buntürk başbuğundan xerki adlanan vergi ödəmək qarşılığında məskunlaşmağa yer istədilər. Başbuğ onlara Zanavada yurd salmağa icazə verdi. Xeyli vaxtdan sonra geri qayıdan İsgəndər buntürklərin üç şəhərini tutub dağıtdı, Sarkineni isə yalnız üç aylıq mühasirədən sonra çətinliklə ələ keçirdi… Buntürklər qayalarda açdıqları lağımla mühasirədən çıxıb Şərqə çəkildilər…

«Buntürk» etnoniminin S.Əliyarov «ayrı düşmüş, bunalmış türklər», M.Seyidov «Türk tayfası», E.S.Takayşvili «nizəli türklər», İ.V.Abuladze «oturaq türklər», M.Brosse «əsl, yerli türklər» mənası verdiyini yazmışlar.  Başqa bir gürcü tarixçisi Z.V.Ançabadze, eradan əvvəl VI yüzillikdən indiki Borçalı ərazisində yaşayan buntürkləri «qara bulqarlar» hesab edir.

Kərəm Məmmədli,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …