Bazar , Noyabr 24 2024
azfa

Almaniya kəşfiyyatı ölkədəki bütün türkləri izləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniya hökuməti bütün türklərin kəşfiyyatın nəzarəti altında olduğunu etiraf edib.

Türklərin nəzarət altında olması almaniyalı deputatların federal hökumətə göndərdiyi 23 maddəlik sual anketi nəticəsində üzə çıxıb.

Anketdə hökumətə “Alman hökuməti hansı Türk-Alman dərnək və təşkilatların fəaliyyətini izləyir?”, “Türkiyə Cümhuriyyətindən Almaniyaya sığınmaq üçün müraciət edən dövlət məmurlarının sayı nə qədərdir, peşələri nədir?”, “Dəyanət İşləri Türk İslam Birliyi (DİTİB)”, İslam Federasiyası kimi qurumların fəaliyyətləri kəşfiyyat orqanları tərəfindən izlənilirmi? və s. suallar ünvanlanıb.

Alman hökumətinin cavabları parlamentin internet saytında yayımlanıb.

Hökumət “Türkiyə ilə əlaqəli hansı qrup və qurumlar izlənilir?” sualına “Ülkücü Hərəkat, Milli Fikir Hərəkatı, Türk hizbullahı, MLKP, TKP, DHKP-C ve PKK” cavabını verib. İzlənilən təşkilatlar sırasında FETÖ-nün olmaması diqqət çəkib.

Anketlərdə qeyd edilən cavablar nəticəsində almaniyada sığıncaq istəyən heç bir FETÖ-çunun tələbinin rədd edilmədiyi bəlli olub.

Federal hökumət PKK-nı izlədiyini bildirsə də, Almaniyada yaşayan təşkilat üzvlərinin sayını açıqlamaqdan imtina edib.

Həmçinin yoxlayın

Millət vəkili: “İran artıq atom bombası yaratmalıdır”

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani “Didar News” saytına müsahibəsində …

İranda həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveç-İran vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Calalinin həyatı …

Bir cavab yazın