Şənbə , Noyabr 28 2026
azfa

Xiyovdan gizli şəkildə Qarabağda döyüşən mübariz vəfat etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyov (Meşginşəhr) bölgəsindən gizli şəkildə gəlib Qarabağda ermənilərlə döyüşən azərbaycanlı mübariz Ruhulla Dadaşzadə vəfat edib.

Artıq 2019-cu il yanvar ayının 25-i cuma axşamı mərhumun qırx mərasimi keçirilib.

Qeyd edək ki, Ruhulla Dadaşzadə Güney Azərbaycandan sərhədi gizli keçərək, Qarabağa gəlib və işğalçı ermənilərlə döyüşən çoxsaylı azərbaycanlılatdan biridir.

İşğalçı fars rejim Ruhulla Dadaşzadəni Xiyova qayıdandan sonra onun Qarabağda döyüşdüyünü bilmiş və azərbaycanlı döyüşçünü həbs etmişdir. O dəfələrlə bu məsləyə görə İran adlanan ölkənin təhlükəsizlik orqanlarına çağrılaraq, sorğu-suala çəkilmiş və ona təzyiq göstərilmişdir.

İşğalçı fars rejim onunla birlikdə Qarabağda döyüşən digər azərbaycanlıları da kəskin şəkildə cəzalandırmış və hər zaman işğalçı Ermənistanı müdafiə etmişdir.

Həmçinin yoxlayın

Kəleybərdə qızıl mədəninin kəşfiyyat işləri 50-dən çox kəndin içməli su mənbələrini təhlükə altına salır

GADTB: Şərqi Azərbaycan əyalətinin Kəleybər rayonunda Peğamçay su anbarının yuxarı axarında qızıl mədənində kəşfiyyat işlərinə …

Xoyda rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi azərbaycanlı körpə Əlihana 227 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: Xoyda rejimin  Vətəndaşlıq Qeydiyyatı İdarəsinin uşağa verilən ada etiraz etməsi səbəbindən Əlihan 227 gündür …

Bir cavab yazın