Şənbə , Sentyabr 19 2026
azfa

Almaniyada Türküstan ölkələrinin iştirakı ilə iclas keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyada Türküstan ölkələrinin iştirakı ilə iclas keçirilib. Sadır Çaparov Almaniyanın paytaxtı Berlində keçirilən həmin Almaniya- Orta Asiya sammitində çıxış edib.

Qırğızıstan Prezidenti Sadır Caparov iclasda bəyan edib ki, Mərkəzi Asiya ilə Almaniya arasındakı əməkdaşlıq gücləndirilməlidir.

Sammitin əhəmiyyətinə diqqət çəkən Sadır Çaparov deyib:”Orta Asiya ilə Almaniya arasındakı əməkdaşlığın ardıcıl və hərtərəfli gücləndirilməsinin tərəfdarıyıq”.

”Bu format əməkdaşlığın genişləndirilməsi və strateji regional tərəfdaşlıq səviyyəsinə çatdırılması istiqamətində mühüm addımdır” deyən Sadır Caparov almanların Orta Asiya regionu ilə iqtisadi qarşılıqlı fəaliyyətinin onların investisiya, ticarət və iqtisadi cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracağına inandığını bildirib.

Dünyadakı ənənəvi tədarük zəncirində yaşanan problemlərə də diqqət çəkən Sadır Caparov  Avropa İttifaqı və üzv ölkələrin dəstəyi ilə ticarət və iqtisadiyyatın şaxələndirilməsinin mümkün olacağını vurğulayıb.

Prezident Çaparov Almaniyanın “Yaşıl Orta Asiya” təşəbbüsünü dəstəklədiklərini diqqətə çatdırıb, beynəlxalq tərəfdaşları və investorları ekoloji layihələrə sərmayə qoymağa çağırıb.

İclasda Almaniya kansleri Olaf Şolts, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti İmaməli Rəhman, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər.

Həmçinin yoxlayın

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri: İran İslam Respublikası ilə qarşıdurma yekun mərhələdədir

GADTB: ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Donald Tramp administrasiyası İran İslam Respublikası …

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …