Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Altı aya İranın nüvə silahına malik olacağı söylənilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Tayms” İranın nüvə obyektlərinə dəfələrlə baş çəkən ekspertə istinadən yazıb ki, gələn ilin aprel ayına qədər İranın sərəncamında 10-a yaxın nüvə başlığı ola bilər.

Əvvəllər İranın nüvə proqramının monitorinqinə rəhbərlik edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) keçmiş direktor müavini Olli Heinonen deyib ki, İran rejiminin 10 nüvə başlığı istehsal etməsinə cəmi altı ay vaxt qala bilər.

Onun sözlərinə görə, Tehran tələssə, arsenal gələn ilin aprelində hazır olacaq.

Heinonen vurğulayıb ki, 1 oktyabr gecəsi İsrailə atılan raketlər belə döyüş başlıqları üçün daşıyıcı kimi istifadə oluna bilər.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …