Cümə axşamı , Mart 27 2025
azfa

Amerika Nümayəndələr Palatasından İranla bağlı yeni qətnamə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Nümayəndələr Palatası İranla bağlı qətnamə hazırlayıb.

Məsələ ilə bağlı konqresin respublikaçı və demokrat üzvləri ölkə başçısı Co Baydenə məktub göndəriblər. Məktubda iki partiyanın 113 üzvünün dəstəyi ilə qətnamənin önərildiyi vurğulanıb.

Qətnamənin əsas məqsədi İran xalqının “demokratik, sekular və qeyri-atom İran Respublikasının” qurmaq iradəsini dəstəkləmək, Tehran rejiminin “insan haqlarını pozması və terrorçuluğu dəstəkləməsini” qınamaqdır.

Məktubda elecə də 2019-cu ilin novabr etirazlarında İranın təhlükəsizlik qüvvələri tərəfindən 1500 nəfərin öldürülməsinə də diqqət çəkilib. Həmçinin Ukrayna sərnişin təyyarəsinin Sepahın raket hücumu ilə vurulması, güləşçi Nəvid Əfkarinin edam edilməsi və Parisdə iranlı müxaliflərin toplantısında terror əməliyyatına bağlı məqamlar yer alıb.

Qətnamədə İranda 1999 və 2009-cu illərin iyunu, 2017-ci ilin dekabrı, və 2019-cu ilin noyabrındakı etirazlarla bağlı da məlumatlar verilib. 1979-cu il inqilabından bəri İranda 860 jurnalistin saxlanıldığı və öldürüldüyü vurğulanaraq, ölkədə söz azadlığı ilə durum mövcud durum dəyərləndirilib.

Həmçinin yoxlayın

Qazaxıstan xarici işlər naziri: Bakı-İrəvan münasibətlərinin normallaşması geniş perspektivlər açır

GADTB: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması regiondan kənar bir çox ölkələr üçün geniş perspektivlər …

Pezeşkianın öz şəhərində də öz dilində danışması irqçi farsların etirazına səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın öz şəhərində də öz dilində danışması irqçi …