Çərşənbə , Oktyabr 14 2026
azfa

Türk ölkələri Qazaxıstan və Özbəkistan yeni T916 hava dəhlizini açdı

GADTB: Dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir

Qazaxıstan və Özbəkistan hər iki ölkənin hava məkanından keçən yeni T916 hava dəhlizini açıb. Dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir.

Marşrut açıldığı gündən Avropadan Cənub-Şərqi Asiyaya 19 uçuş həyata keçirib, lakin istifadəçilərin yeni marşruta öyrəşməsi bir qədər vaxt tələb etdiyindən, çox güman ki, yay mövsümünün sonuna yaxın istifadənin çox olacağı gözlənilir.

Yeni marşrut artıq “Lufthansa Cargo” və “Aerologic Cargo Airlines” (Almaniya), “Cargolux” (Lüksemburq), “Cargolux Italy” (İtaliya), “Nomad aviation” (İsveçrə), “Western Global Airlines” (ABŞ) kimi aviaşirkətlər tərəfindən istifadə olunub.

Hava dəhlizinin ümumi uzunluğu 2187 kilometrdir. Bunlardan 437 kilometri Özbəkistanın hava məkanında, qalan 1750 kilometri isə Qazaxıstan ərazisi üzərindədir.

Həmçinin yoxlayın

Netanyahu: İran İslam Respublikasının radikal və fanatik rejiminin imkanlarını tamamilə məhv etmək üçün onun hakimiyyətini devirməliyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …