GADTB: Osmanlı arxivlərində 1914-1921-ci illər aralığında ermənilərin həyata keçirdiyi kütləvi qırğınlara aid faktlar
07.03.1915 Rus əsgərlərinin erməni çətələri ilə birlikdə Van, Qars, Ərdəhan, Bitlis, Məmurətül-əziz, Diyarbəkir, Trabzon və Ərzurumda yapdıqları qırğın, qəsb, təcavüz, işgəncə, ihrak (tonqalda yandırma) və b. insanlıq suçlarına aid ayrıntılı bilgi. (HR.SYS.2872/1; İslam Ahalinin Düçar Oldukları Mezalim Hakkında Vesaika Müstenid Malumat (bundan sonra qısaca: İADOMHVMM kimi yazılacaqdır). 2-ci baskı, Şubat 1919. – İstanbul, 2006 (sonuncu basqıya hazırlayan: Emin Kutluğ), s.68). 14 05 1916 , 23 05 1916, 07 06 1916 tarixli bəlgələr də (HR. SYS. 2872/2, 2872/3, 2872/4) eyni bölgələri əhatə edərək, eyni məzmun daşıyır.
24.07.1914 Ermənilərin Kağızman, Gümrü və Naxçıvan bölgələrindəki islam köylərini basaraq minlərlə müsəlmanı öldürmələri; Artvində və Ərdəhan Gölədəki (yəqin ki, Ərdəhana bağlı Gölədəki demək istənilir – X.İ.) ermənilərin əhaliyə saldırıb, əşrafdan bəzilərini öldürmələri haqda bəlgə. (HR. SYS, 2877/54; İADOMNVMM, s.68).
27.09.1915 Ermənilərin rus əsgəri ilə birgə Osmanlı ordularına qarşı savaşmaqları və Anadoludakı ermənilərin mövcud durumları haqda Bolqarıstanda yayınlanan Zarya qəzetindəki yazı. (HR. SYS. 2880/34; İADOMHVMM, s.69).
08.08.1917 Bayburt və İspir qəzalarında Arşak çətəsi və ermənilərin türklərə qarşı törətdikləri faciəli zülmlər, vəhşi cinayətlər, eşidilməmiş işgəncələr haqqında Rus Qızılxaç həmşirələrindən (tibb bacısı – X.İ.) və Moskva Tibb Fakültəsi öyrəncilərindən Madam Tatyana Kremelinin anıları. (HR.SYS, 1877/1; İADOMHVMM, s.70).
25.01.1919 Ermənilərin Gölə,Çıldır, Qars, Ərdəhan və köylərində 15-60 yaş arası kişiləri şəhid edərək ( millət vəkilləri də daxil olmaqla), qadınları əsir alıb namuslarına toxunduqları və s. haqda bəlgə. (HR. SYS. 2877/2; İADOMHVMM, s.70).
29.04.1919 Ərzurum, Həsənqala və köylərində ermənilər tərəfindən yandırılaraq; yaxud süngü, balta, güllə kimi çeşidli vasitələrlə şəhid edilən erkək, qadın və cocuqlar haqda bilgiləri əks etdirən dəftər. (HR. SYS, 2877/3; İADOMHVMM, s.70).
13.06.1919 Balıq Göl civarında ermənilərin hücumuna məruz qalan Zilan və Şərqanlı kürd əşirətlərinə mənsub əhalinin bu zülmlərdən qorxaraq hicrətə məcbur olmaları; ermənilərin Kağızman, Çıldır, Ərdəhan və Sarıqamışda müsəlman əhaliyə yapdıqları saldırma, soy qırımı və yağmalama haqda bəlgə. (HR. SYS. 2877/6; İADOMHVMM, s.70).
30.06.1919 Ermənilərin Qara Urqan, Kağızman, Ərzurum, Qars, Bəyazid, Sarıqamış, Naxçıvan və Araz bölgələrində qadın və cocuqlar da daxil olmaq üzrə çeşidli bədən üzvlərini kəsərək müxtəlif şəkildə müsəlmanlara qarşı icra etdikləri qətliam, qadınlara həqarət, təcavüz, basqın və yağmalama qonusunda ingilis əsgəri təmsilçisinə verilən rapor. (HR. SYS. 2877/13; İADOMHVMM, s.71).
02.07.1919 Ermənilərin Naxçıvan və çevrəsində türklərin silahlarını yığaraq soy qırımı yapdıqları… hüduddakı Güləntab və Qızılhamamlı müsəlman köylərinə basqın düzənləyərək xalqı qətl etməkdə olduqları haqda bəlgə. (HR. SYS. 2877/15; İADOMHVMM, s.72).
03.07.1919 Doğu Anadoluda Sekman, Arzı, Kəpənək, Təpədüz, Harclı və Todeviran köylərində ermənilər tərəfindən yapılan irzə sataşma, yağmalama və cocuq-qadın ayrımı yapmayaraq baltayla parçalama, yandırma kimi çeşidli şəkillərdə yapılan soy qırımı olaylarının toplandığı qeyd dəftəri. (HR. SYS. 2877/17; İADOMHVMM, s.72).
09.07.1919 Qaraqurd, Sarıqamış və Ağcaqala civarında yerləşən Məscidli-Gilyantəpə, Pozat, Qurudərə, Bozquş və digər köylərdə ermənilərin yapdıqları toplu qətliam, qadın və erkəklərin alınıb aparılması, qəsb və yağmalama kimi zülmlər haqda Amerikan nümayəndəsinə verilmiş rapor. Hüdudda ermənilərin yapdıqları zülmlərlə ilgili raporların İstanbul Amerikan Səfirliyinə bildirilməsi qonusunda Ərzincana gələn ABŞ nümayəndəsinin xahişi. (HR. SYS. 2877/30; İADOMHVMM, s.73).
12.07.1919 Gölə və Çıldır bölgəsində ermənilərin xərac toplayıb, adamları aradan götürdükləri; Kağızmanlı Əziz Əfəndi yol yoldaşı və ailəsi ilə birgə Qarsa gedərkən Təhnis Köyü ilə Ağadərəli arasında ermənilər tərəfindən öldürüldükləri, sonra ermənilərin onların əllərini, qulaqlarını, burunlarını və dodaqlarını kəsib dərilərini üzərək yanlarında və kökslərində açdıqları ciblərə doldurub gözlərini oyduqları və iki qadına qarşı da alçaqcasına rəftar etdikdən sonra öldürdükləri … və b. bənzər olaylar haqqında bəlgə. (HR. SYS. 2877/36; İADOMHVMM, s.74).
06.07.1919 Qara Kilsə-Qarapikar, Armudlu, Küplücə və Araz qıyısında (sahilində) bulunan müsəlmanlara qarşı ermənilər tərəfindən yapılan tutuqlama, zorla silahlarının və mallarının alınması, qətliam və mütəmadi atəş altında tutulması kimi vəhşi hərəkətləri ilə bağlı rapor və məktublar. (HR. SYS. 2877/22; İADOMHVMM, s.74).
08.07.1919 Ermənilərin Qaraqurdun Məscidli və Kilyan Təpə, Sarıqamışın Pozat köyləri ilə Kağızman civarındakı islam əhalisini qətliam şəklində qırmağa başladıqları… Quru Dərəni də basaraq orada 5 kişi, 3 qadını şəhid etdikdən sonra 33 kişi, bir gəlin, bir qız və 440 baş heyvanı alıb apardıqları… Qars və Oltu arasındakı Ağcaqalaya aid dörd köyə saldırıb köyün birinin xalqını tamamən, o birilərindən isə 60 nəfəri götürərək doğradıqları və komandanlarının Arşak olduğu … Bozquş Köyündə də birisinin qadınını və qızını apardıqları haqda bəlgə. (HR. SYS. 2877/25; İADOMHVMM, s.75).
[ İxtisarla siyahısını verdiyimiz bu sənədlərdən bəzilərində ermənilərlə birgə rum çətələrının də türklərin soyqırımında iştirakı aydın olur: 08 07 1919, HR. SYS. 2877/24 (İADOMHVMM, s.74); 08 07 1919, HR. SYS. 2877/26 (İADOMHVMM, s.75); 08 07 1919, HR. SYS. 2877/27 (İADOMHVMM, s.75) və b. ]14 07 1919 Ermənilərin sınırda bulunan Qazi Qaya, Çörəklər, Ayntab, Armudlu, Başköy , Dərbxan, Qalabad, Ağqoyun, Gömək və Qanlıqaya köyləri ilə Qaraqurd və Baş Qara Kilsə bölgələrində yapdıqları soy qırımı, irzə sataşma, basqın və yağmalama olayları haqda bəlgə. (HR. SYS. 2877/38; İADOMHVMM, s.75).
15 07 1919 Naxçıvan və çevrəsindəki 45 köydə ermənilərin yapdıqları təcavüzlər və Böyük Vedi köyü xalqının bir çoxunun öldürülməsi haqda bəlgə. (HR. SYS. 2877/40; İADOMHVMM, s.76).
22 07 1919 Ermənilərin 400 piyada və üç top ilə Hocivanik Qəryəsində müsəlmanlara qarşı soy qırımı yapdıqları haqda bəlgə. (HR. SYS. 2877/53; İADOMHVMM, s.77).
25 07 1919 Hüdud nahiyəsində incələmə yapan və ermənilərin müsəlmanlara qarşı törətdiyi zülmləri görən İngilis nümayəndəsi yarbay Ravlinsonun Dərsəadətdəki ingilis qərargahına keşidə edilmək (nüsxələnib yayılmaq-paylanmaq –X.İ.) üzrə Ərzurumdakı ingilis yüzbaşısı Feleçerə göndərdiyi telqrafnamədə Oltudan Bəyazid hüduduna qədər olan cəbhədə ermənilərin qətliam yapmaqda olduqları etiraf edilərək, ermənilərin tədib (cəzalandırma, tənbeh – X.İ.) edilmələrinin gərəkdiyindən bəhs edən bəlgə. (HR. SYS. 2877/56; İADOMHVMM, s.77).
26 07 1919 Ermənilərin Qəmərli yörəsindəki üç müsəlman köyün əhalisini tamamən doğrayıb Araza tökdükləri… Sarıqamışa qədər gələn erməni əsgərlərinin arasında ingilislərin də bulunduğu… Ermənilərin özlərinin müsəlmanlara qarşı ingilislər tərəfindən tovlandıqlarını açıq-açığa söylədikləri haqda bəlgə. (HR. SYS. 2877/57; İADOMHVMM, s.77).
30 07 1919 1335-ci il Temmuz ayı ərzində (əski Osmanlı təqvimilə) Qafqazda ermənilərin törətdikləri cinayətlərin özətlərini bəyan edən-15-ci Qolordu komandanı mirliva Kazım Qarabəkir paşadan Amerika İncələmə Heyəti Başqanlığına göndərilən yazının surəti. (HR. SYS. 2877/63; İADOMHVMM, s.78).
31 07 1919 Ermənilərin hüdud xaricindəki müsəlmanlara yapdıqları zülmləri İngilis Müməssilinə (nümayəndəsinə –X.İ.) anlatmaq üçün Ərzuruma getməyə müsaidə (izn) tələbində bulunan Rum papazına (keşiş –X. İ.) rədd cavabı verilməsi haqda. (HR. SYS. 2877/64; İADOMHVMM, s.78).
14 08 1919 Ermənilərin İrəvan və civarındakı müsəlman əhalidən bəzilərini Eçmiədzinə aparıb qətl etməkləri … haqda. (HR. SYS. 2877/69; İADOMHVMM, s.78).
14 08 1919 İqdır civarındakı Balıqlı Gölünün quzey-doğusunda müsəlmanların məskunlaşdığı Yuxarı Qatırlı, Aşağı Qatırlı, Gül Əhməd və Tavuz qəryələri əhalisinin ermənilər tərəfindən öldürülməsi, mallarının yağmalanması haqda. (HR. SYS. 2877/70; İADOMHVMM, s.78).
15 08 1919 İqdıra gələn 1000 nəfərlikdən çox bir piyada alayı və əski Rus qiyafətli 300-ə qədər süvarinin müsəlmanları qırmağa başladıqları… Bir Amerika iaşə heyətinin Vandan Bəyazidə gedərək ermənilər tərəfindən məsum sivil xalqa yapılan zülmləri yerində təsbit edərək fotolarını çəkdikdən sonra geri döndüyü haqda. (HR. SYS. 2877/71; İADOMHVMM, s.79).
16 08 1919 Erməni Dördüncü Müstəqil Firqəsi (Diviziya-X.İ.) komandanı Bayburtlu Arşak tərəfindən hüdud xaricindəki əşirətlərin rəislərindən Eyub Paşaya göndərilən məktubda ermənilərin müsəlmanlara yapdıqları zülmləri etiraf etdiyi haqda bəlgə. (HR. SYS. 2877/72; İADOMHVMM, s.79).
21 08 1919 Kağızman əşrəflərindən Məhməd Bəyin ermənilər tərəfindən qaçırıldıqdan sonra qaba ətində ciblər düzəltmək və əllərini oraya soxmaq surətilə şəhid edilmiş bir halda Kiçik Zaim Qəryəsi civarinda bulunduğuna dair. (HR. SYS. 2877/75; İADOMHVMM, s.79).
31 12 1919 15-ci Qolordu Komandanlığının İngilis olağanüstü yetkilisi yarbay Ravlinsona son vaxtlarda ermənilərin yapdığı öldürmə, talama və zülmlərlə bağlı verdiyi raporun əsaslandığı ilkin qeyd dəftəri. (HR. SYS. 2878/12; İADOMHVMM, s.80).
02 01 1920 Qars, Sarıqamış və Gümrü civarında
02 01 1920-23 08 1920 aralığında yapılmış erməni zülmünün xülasəsi (ilkin qeyd dəftəri). (HR. SYS. 2878/13; İADOMHVMM, s.80).
02 03 1920 Qars İslam Komitəsinin Güney-Batı Qafqazda, Zəruşad, Şahnalar və Çıldır bölgələrində müsəlmanlara qarşı ermənilərin törətdikləri zülmlərlə bağlı yazdığı məktub. (HR. SYS. 2878/18; İADOMHVMM, s.81).
09 03 1920 Əlviyə-i Səlasədəki nizami erməni qüvvələrinin Qarsın quzey-doğusundakı Ağbaba, Zəruşad və 33 köydə yapdıqları soyqırım, dağıntı, qadın və cocuqların parçalanması, köylərin yağmalanması və bir qisim insanların əsir olaraq Qarsa götürüldüyü haqda o mıntıqadakı (nahiyə, bölgə –X.İ.) İngilis təmsilçisinə və Hərbi Nazirliyə yazılan 15-ci Qolordu Komandanlığı və Ərzurum Vilayətinin bildirişləri. (HR. SYS. 2878/20; İADOMHVMM, s.81).
16 03 1920 Çıldır, Zəruşad və Ağbabada erməni zülmlərindən sonra amerikalı albay Hasgel ilə bir amerikan və bir ingilis məmurun xalqı yatırtması (sakitləşdirməsi), ermənilərin eyni məntəqədəki 28 köyə təkrar hücumuna, daha faciəli qətliama girişdiklərinə, qadınları və qızları bölgədən götürdüklərinə və b. əməllərinə dair 15-ci Qolordu Komandanlığına verilmiş yazılı bildiriş. (HR. SYS. 2878/22; İADOMHVMM, s.81).
08 06 1920 Qarsın Şurakil (Şuragil, Şörəyel –X.İ.) qəsəbəsi köylərində ermənilərin yapdığı qətliamlar, dağıntılar, yağmalamalar və qızların zorla aparılması haqqında və Oltu yörəsinə ermənilərdən qaçan mühacirlərin gəldiyinə dair Narman Qayməqamlığının iki telqrafının 15-ci Qolordu Komandanlığına və Ərzurum Valiliyinə bildirilməsi barədə. (HR. SYS. 2878/39; İADOMHVMM, s.82).
18 10 1920 Tortum Qayməqamlığının qəzalarında 50000 evin ermənilər tərəfindən dağıdılıb-yandırıldığı, bu qəzadakı 64 köyün bundan istisna olmadığı və qəzadakı 3750 müsəlmanın şəhid edilib yetimlərin xeyir qurumlarına paylaşdırılmağa çalışıldığı haqda şifrəli telqraf. (HR. SYS. 2878/48; İADOMHVMM, s.83).
19 10 1920 Ərzurumu tərk edən ermənilərin gedərkən geridə 3845 insanı öldürüb 14 767 344 quruşluq əşya və pulu qəsb etmələri haqda… Şəhərin azad olunmasının ikinci günü ayrıca 4344 şəxsin bələdiyyə tərəfindən dəfninin gerçəkləşdirildiyinə dair yer və ad siyahısı ilə Ərzurum Hilal-i Əhmər (Qızıl Aypara – X.İ.) Cəmiyyətinin yetimlər və qadınlarla ilgili ad siyahısı. (HR. SYS. 2878/49; İADOMHVMM, s.83).
19 10 1920 Pasinlər Qayməqamlığının ermənilər tərəfindən yandırılıb-talanan köy adları ilə əhalisi öldürülən köylərin adları və genəl durumla ilgili şifrəli telqraf. (HR. SYS. 2878/50; İADOMHVMM, s.83).
25 10 1920 Ərzurum daxilində erməni zülmünə məruz qalan köy və şəxslərlə bağlı cədvəl. (HR. SYS. 2878/52; İADOMHVMM, s.83).
28 10 1920 Aşqala Nahiyə Müdirinin Ərzurum Valiliyinə göndərdiyi yazı. Nahiyə sınırlarında 1334-cü (miladi: 1918-ci) il içərisində ermənilər tərəfindən yapılan qətliam və təxribat. (HR. SYS. 2878/54; İADOMHVMM, s.83).
03 12 1920 Qarsa bağlı Gölənin qəryələrindən Topdaş və Kelpikördə erməni komandan Mazmanovun nəzarətində qadın-uşaq demədən yapılan qətliam və yağma haqqında. (HR. SYS. 2878/61; İADOMHVMM, s.84).
04 12 1920 Qarsa bağlı Kasor və qəryələrində ermənilər tərəfindən yapılan qətliam və yağma barədə. (HR. SYS. 2878/62; İADOMHVMM, s.84).
04 12 1920 Sarıqamış və qəryələrində ermənilər tərəfindən yapılan zülmlər və yağma haqda ayrıntılı cədvəl. (HR. SYS. 2878/63; İADOMHVMM, s.84).
04 12 1920 Oltuya bağlı Olur qəzası ilə Bardız və Kosor nahiyələrində ermənilər tərəfindən yapılan zülmlər və qəsblərlə ilgili ayrıntılı cədvəl. (HR. SYS. 2878/66; İADOMHVMM, s.84).
26 12 1920 Naxçıvan bölgəsində ermənilərin yapdığı zülm, qəsb və saldırmalarla ilgili ayrıntılı cədvəl. (HR. SYS. 2878/76; İADOMHVMM, s.85).
28 01 1921 Ermənilərin Naxçıvan və Qafqazlarda yapdıqları qətliam və yağmalarla ilgili bilgilər. (HR. SYS. 2878/79; İADOMHVMM, s.85).
20 02 1921 Bolşevik ordusu içərisində bulunan ermənilərin və bolşevik rusların Tiflis ilə Borçalı bölgələrindəki türk köylərində yapdıqları zülmlər və yörə əhalisinin qurtarılma istəyini özündə əks etdirən məktubları. (HR. SYS. 2878/82; İADOMHVMM, s.85).
06 04 1921 Qarsa bağlı Qarakilsə və civarında erməni daşnaqlarının yapdığı talan və zülmlərin təsbiti ilə ilgili Şərq Cəbhəsi Komandanlığının təhriratı (rəsmi yazısı–X.İ.). (HR. SYS. 2878/87; İADOMHVMM, s.86).