Anti-türk siyasətilə seçilən H.Ruhaninin Türkmənistan və Azərbaycan səfəri başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin anti-türk siyasətilə seçilən  prezidenti Həsən Ruhaninin Türkmənistan və Azərbaycan səfəri artıq başlayıb. H.Ruhaninin dövründə Güney Azərbaycanın bir tərəfinin Kürdüstanlaşdırılması, digər hissəsinin isə qopardılaraq Gilan vilayətinə birləşdirilməsi prosesi kəskin şəkildə sürətlənib. Anti-türk siyasəti yeridən H.Ruhaninin Azərbaycan Respublikası və Türkmənistanla əlaqələri genişləndirməsi yalnız fars şovinizminin blokadadan çıxmasına və Güney Azərbaycanla Türkmənsəhrada azərbaycanlılarla türkmənlərin daha rahat məhv edilməsinə hesablanıb. İranın antitürk və Antiazərbaycan siyasəti isə qətiyyən dəyişməyib.

İki üzlü siyasət yeridən Ruhani öz səfəri ilə bağlı martın 27-də Türkmənistan və Azərbaycana səfərə yola düşməmişdən əvvəl Tehran hava limanında keçirdiyi brifinqdə deyib: səfərim zamanı ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəm.

O qeyd edib ki, səfər Türkmənistan və Azərbaycan prezidentlərinin rəsmi dəvətləri əsasında baş tutur:

“İran hökumətinin əsas məqsədlərindən biri qonşu ölkələr ilə yaxın əlaqələrin qurulmasıdır. Tranzit məsələsi və İranın cənub sularının Mərkəzi Asiya və Qafqaza birləşdirilməsi daim diqqət mərkəzində duran önəmli məsələlərdən biridir. Türkmənistan və Azərbaycan İranı Mərkəzi Asiya və Qafqazla birləşdirən ölkələrdir”.

H.Ruhani bildirib ki, Rəşt dəmir yolunun Astaraya birləşdirilməsi üzrə İran və Azərbaycanın birgə layihəsi də İranı Qafqaza, Rusiya və Avropaya birləşdirmiş olacaq.

Onun sözlərinə görə, səfər zamanı İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolu və Xəzər dənizində neft və qaz yataqlarının birgə istismarı barədə iki ölkə arasında sənədlər imzalanacaq: “Türkmənistan və Azərbaycana olan səfər çərçivəsində İran, Türkmənistan və Azərbaycanın iş adamları, sahibkarları, investorları və özəl sektor nümayəndələrinin birgə iclasları təşkil ediləcək və bu iclaslarda əməkdaşlıqların genişləndirilməsi yolları müzakirə olunacaq. İranın Türkmənistan və Azərbaycan ilə əlaqələri çox yaxşı səviyyədədir. Münasibətlərin daha da inkişaf etdirilməsi və əməkdaşlıqların bütün sahələr üzrə genişləndirilməsi üçün böyük potensiallar mövcuddur”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın