Çərşənbə , Noyabr 25 2026
azfa

Diktatorların himayədarı Rusiyaya dünya ictimaiyyətindən ağır zərbə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv çox sayda ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə rusiyalı diplomatları ölkədən çıxarır. Təkcə ABŞ-ı 60 rusiyalı diplomat tərk etməli olacaq.

ABŞ Dövlət Departamentindən bildiriblər ki, BMT-də təmsil olunan diplomatlar vəzifələrindən sui-istifadə edən Rusiya kəşfiyyatının əməkdaşlarıdır. Bundan başqa, rəsmi Vaşinqton Rusiyanın Sietl şəhərindəki baş konsulluğunu bağlayacaq.

“Skripal işi”nə görə rus diplomatların qovulduğu ölkələrin siyahısı dərc edilib. Həmin siyahını təqdim edir:

ABŞ – 60

Kanada – 4

Fransa – 4

Polşa – 4

Ukrayna – 13

Estoniya – 1 (hərbi attaşe)

Litva – 3 diplomat, 2 hərbi attaşe

Danimarka – 2

Latviya – 1 diplomat və “Aeroflot”un 1 əməkdaşı

İtaliya – 2

Niderland – 2

Almaniya – 4

Çexiya – 4

Finlandiya – 1

Rumıniya – 1

Xorvatiya – 1

İsveç – 1

Norveç – 1

Albaniya – 2

İspaniya – 2

Macarıstan – 1

Böyük Britaniya – 23 (Ötən həftə çıxarılıb)

Makedoniya – 1

Avstraliya – 2.

Bunlardan başqa Slovakiya, Sloveniya, Portuqaliya, Malta, Lüksemburq, Kipr, İrlandiya, Yunanıstan, Bolqarıstan, Belçika və Avstriyanın da rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı qərar verəcəyi gözlənilir.

Həmçinin yoxlayın

Təbrizin Elgölü turizm kompleksində “Həmrəylik görüşü” mərasimində Azərbaycan rəqsinin ifa olunmasına maneə yaradılıb- Video

GADTB: Daxil olan məlumatlara əsasən, Təbrizin Elgölü turizm kompleksində “Həmrəylik səfiri” başlığı ilə keçirilən “Həmrəylik …

İraqdan İrana neft qaçaqmalçılığı şəbəkəsi ifşa edildi: neft gəlirləri Tehrana bağlı qrupların silahlandırılmasına yönəldilir

GADTB: “Əl-Ərəbiyyə”nin mənbələri İraq neftinin qaçaqmalçılığı ilə bağlı araşdırmaların genişləndirildiyini bildirərək, İran İslam Respublikasına yaxın …

Bir cavab yazın