GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tarxi Azərbaycan şəhəri olan və iqrçi fars rejimin Gilana ilhaq etdiyi Astara şəhərinin yenidən Azərbaycana qaytarılması məqsədilə kampaniyaya başlanılıb.
Kampaniyaya #Astaranın_Ərdəbil_əyalayətinə_ilhaqı həştəqi ilə müstəqil imzatoplama platforması çərçivəsində start verilib.
İmza kampaniyasında İranın daxili işlər naziri Əhməd Vəhidiyə müraciətlə yazılıb: “Biz Ərdəbil və Astara vilayətlərinin məsul şəxslərindən, eləcə də hörmətli məmurlardan xahiş edirik ki, Astaranın Rəşt şəhərindən uzaq olması səbəbindən Astaranın Ərdəbil vilayətinə birləşdirilməsi, Astara ilə vilayət mərkəzi arasındakı məsafənin azaldılması, eləcə də Astaranın imkanlarından yararlanması, buranın inkişaf etdirilməsi və abadlaşdırılması üçün bütün səylərinizi əsirgəməyin və Astara şəhərini dost və qardaş Ərdəbil əyalətinə qovuşdurun…”.
Həmin kampaniya noyabrın 15-də başlayıb və 19 may 2024-cü il tarixədək davam edəcək. Bu, Astara sakinləri tərəfindən şəhərin yenidən Ərdəbil əyalətinə birləşdirilməsi tələbi ilə keçirilən növbəti kampaniyadır.
Qeyd edək ki, Astara şəhəri və Heyran gədiyi tarixi Azərbaycan əraziləridir. 1958-ci ildə Pəhləvi hökuməti Güney Azərbaycanın Xəzər dənizi ilə əlaqəsini kəsmək və Azərbaycanı mühasirədə saxlamaq məqsədi ilə Astaranı Azərbaycandan ayıraraq Gilan bölgəsinə birləşdirib. Hazırda molla rejimi talış və gilək azlıqlarını Astaraya köçürməklə bu türk şəhərinin demoqrafik tərkibini dəyişməyə çalışır.