
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Astara şəhərinin Ərdəbil əyalətinə qaytarılması kampaniyasına başladığı üçün İranın FƏTA (Kiberməkana Nəzarət) polisi tərəfindən həbs edilən azərbaycanlı fəal Məhəmmədrza Xəlili 2 milyard tümən girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.
Molla rejimi 22 yaşlı gənci “hökumət əleyhinə təbliğat aparmaq və ictimai rəydə çaşqınlıq yaratmaq”da ittiham edib.