Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Avopa Parlamentindən Güney Azərbaycanla bağlı məktub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Parlamentinin 9 millət vəkili İranda Azərbaycan türklərinə qarşı təzyiq və farsladırma siyasəti ilə balı məktub yazıblar.

Avopa Parlamenti millət vəkilləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellə ünvanladıqları məktubda Azərbaycan türklərinə qarşı farslaşma və ayrı-seçkilik siyasəti gözardı edilə bilmədiyini qeyd edib.

Onlar İranda 30 milyon Azərbaycan türkünün yaşadığını, İran hakimiyyətinin onlara qarşı asimiliyasiya siyasəti yürüdərək farslaşdırmağa çalışdığını yazıblar.

İtaliya, İspaniya və Hollandiyadan olan 9 parlament üzvü Azərbaycan türklərinin milli və mədəni kimliklərinin məhv edilməsinin qarşısının alınmasına çağırıblar.

Avopa Parlamenti üzvləri İranda yaşayan azərbaycanlıların ölkənin siyasi həyatında iştiraklarının məhdudlaşdırıldığını bildiriblər.

Avopa Parlamenti üzvləri eyni halda Azərbaycan türkləri ətraf mühit məsələlərində də ayrı-seçkiliyə məruz qaldıqlarını vurğulayıblar.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …