Bazar ertəsi , Yanvar 25 2021
azfa

Avropa Çinə uyğur türklərinin vəziyyəti ilə bağlı “qırmızı vərəqə” göstərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Parlamentinin üzvləri,artan məcburi əməyə dair dəlillər və Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki Uyğurların həyəcanverici vəziyyətini müzakirə ediblər. Avropa Parlamentinin deputatları Çin hökumətinin rəhbərlik etdiyi məcburi əmək sistemini – xüsusilə Uyğurların, etnik qazaxların və qırğızların və digər müsəlman azlıqların Sincan Uyğur Muxtar Bölgəsindəki internat düşərgələrində və xaricindəki fabriklərdəistismar edilməsini kəskin şəkildə qınayıblar. Avropa Parlamenti, Çin səlahiyyətlilərininmüntəzəm olaraq doğuş yaşı olan uyğur qadınları məcburi abortlara məruzqoyduğunu qeyd edib.

Avropa Parlament, həmçinin Çində digər inzibati vahidlərə məcburi işçilərin davamlı köçürülməsini vətanınmış Avropa markaları və şirkətlərinin Çinin məcburi əməyindən bəhrələnməsinitənqid edib. Parlamentdə Avropa Xalq Partiyası qrupu, AB üzv ölkələriniUyğurların məcburi əməyinə cavab olaraq təsirli nəzarət mexanizmlərini tətbiq,o cümlədən Sincan Uyğur Muxtar Bölgəsindən çıxan pambıq və pambıq məhsullarınınidxalını qadağan etməyə çağırıb. Deputatlar çıxışlarına deyiblər ki, uyğurlarıtəqib edən Çin rəsmilərinə qarşı ünvanlı sanksiyaların tətbiqi zəruridir.

Avropa Parlamentinin üzvü Miriam Lexmann, Sincanda Uyğurların vəziyyətini pisləyən bir qərarın plenarmüzakirəsində bunları deyib: “Çində məcburiəməyin nəticəsində istehsal olunan malları satın alaraq insan haqlarının kobudşəkildə pozulmasında mənəvi cəhətdən iştirakçı olmamalıyıq. Xarici siyasətimizinbütün aspektləri Birliyin qurduğu dəyərlərə söykənməlidir. Bu dəyərlərə davamlıəməl etməliyik. Bu zəiflik deyil, gücdür. Demokratiyaların ortaq dəyərlərimizinortaq müdafiəsi üçün birləşmə vaxtıdıri. Dünyada azadlıq uğrunda səy göstərməyədavam edən milyonlarla insana fəal şəkildə dəstək olmalıyıq. AB “Maqnitski qanunu”da daxil olmaqla bütün alətlərindən tam istifadə etməlidir”.

Avropa Parlamentinin Çinüzrə həmsədri Reynhard Butikofer sərt açıqlama verib: “Sincanda uyğur etnik azlığa qarşı vəhşiliklər və dövlətin genişyayılmış məcburi əməyə məruz qalması insanlığa qarşı cinayətdir. Avropa şirkətləriniinsan haqları pozuntularını təşviq etdikləri təqdirdə Çin tərəfdaşları ilə iş əlaqələrinikəsməyə çağırırıq. Beynəlxalq şirkətlər məcburi işçilərdən qazanc əldə etdikləritəqdirdə bütün etik standartları pozurlar. Çinlə hərtərəfli investisiya müqaviləsindəməcburi əməyə qarşı beynəlxalq konvensiyalara hörmət etmək üçün yetərli öhdəliklərinolmasını tələb edirik”.

Beləliklə, AvropaParlamentində Çində bir çox dini və etnik azlığa, xüsusən də Uyğurlara vəQazaxlara qarşı getdikcə artan repressiv rejimdən narahatdırlar. Avropalıdeputatlar Çində insan hüquqlarının ciddi və sistematik şəkildə pozulmalarındankədərlənir və Çin hökumətini Uyğurlar və digər müsəlman azlıqların üzvlərinəqarşı cinayət işlərinə görə ittiham, mühakimə və məhkum olmadan özbaşına həbs tətbiqinədərhal son qoymağı tələb edirlər. Avropa Parlamentinin üzvləri Çin hökumətinietnik azlıqların düşərgələrdəki və həbsxanalardakı “kütləvi həbsxanalarına” sonqoymağa və məhbusların dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb etməyəçağırırlar. Qeyd edək ki, Avropa Parlamentində Çinlə bağlı müvafiq sənədinlehinə 604 deputat səs verib, cəmi 20 nəfər əleyhinə olub.

Əgər Çin Avropa iləiqtisadi və ticarət əlaqələrinin davamına ümid edirsə, uyğurlarla bağlı siyasətinəgöz gəzdirməlidir. Əks halda Çinə qarşı sanksiyalarda Avropa İttifaqı ABŞ-aqoşula bilər. Bu Çinə böyük zərbə olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Həmçinin yoxlayın

İranın Çinə gizli şəkildə qanunsuz neft daşıyan 2 tankeri ələ keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İndoneziya İran neftinin Çinə qanunsuz olaraq məxfi şəkildə …

S.C.Pişəvərinin BMT-yə yazdığı gizlədilən məktub-ŞOK TARİXİ FAKTLAR

GADTB: 75 il bundan öncə Güney Azərbaycanda qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri …

Bir cavab yazın