
GADTB: .Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Çex Respublikasının xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
Maqdalena Qrono bu barədə “X”də paylaşım edib.
Aİ-nin xüsusi nümayəndəsi bildirib ki, görüşlər zamanı əsas diqqət regionda sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasına yönəlib.
Maqdalena Qrono Yan Lipavski ilə Aİ-nin Ermənistan və Azərbaycan arasında dialoqa dəstəyinin vacibliyini müzakirə edib. O, həmçinin Aİ-nin bu prosesə davamlı dəstəyinin əhəmiyyətini vurğulayıb və ötən həftə sülh sazişi danışıqlarının yekunlaşdırılması ilə bağlı verilən açıqlamaların önəmini qeyd edib.