Cümə , Yanvar 3 2025
azfa

Avropa mükafatı qazanan azərbaycanlı alimə laqeydlik narazılıq doğurdu

GADTB: Güney azərbaycanlı tədqiqatçı və adı 21-ci əsrin seçilmiş alimləri siyahısına salınan Sudabə Davəran Avropa İxtiraçılar Akademiyasının qızıl medalını alıb.

O, beynəlxalq tədbirdən dünən Təbrizə qayıdıb və dünya şöhrətli alimi Təbriz hava limanında yalnız bir neçə nəfər yaxını qarşılayıb.

Onun işlədiyi Təbriz Tibb Elmləri Universitetinin rəhbərliyinin və əməkdaşlarının belə bir uğura imza atmış alimi qarşılamağa gəlməmələri narazılıq doğurub. 

Sosial istifadəçilər təbrizli alimə qarşı belə laqeyd münasibəti  bütün Azərbaycan elminə və alimlərinə, habelə azərbaycanlılara qarşı hörmətsizlik kimi dəyərləndiriblər. 

Qeyd edək ki, Sudabə Davəranın “Antibiotiklərə davamlı yoluxucu yaraların müalicəsi üçün antibiotik preparatları və antimikrob bitki ekstraktları olan nanoliflər” adlı elmi layihəsi bu ilin may ayında İstanbulda keçirilən Teknofest 2023 festivalında birinci yeri tutub.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …