Cümə , Oktyabr 23 2026
azfa

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, regional vasitəçilər, o cümlədən Qətər tərəfindən irəli sürülən plana əsasən, İran dəniz hücumlarını dayandırmalı və Hörmüz boğazının fəaliyyətini bərpa etməli, bunun müqabilində isə ABŞ İrana qarşı dəniz blokadasını aradan qaldırmalı, neft satışına icazə verməli və dondurulmuş İran aktivlərinin bir hissəsini sərbəst buraxmalı idi.

Qəzetin yazdığına görə, Tramp Tehranın Vaşinqtonun şərtlərini qəbul edəcəyinə şübhə ilə yanaşır və iqtisadi blokadanı aradan qaldırmaq niyyətində deyil. ABŞ prezidenti hesab edir ki, davamlı təzyiq Tehranı nüvə proqramının ləğvini nəzərdə tutan sazişi imzalamağa məcbur edə bilər.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …