GADTB: “Axios” saytı adları açıqlanmayan üç amerikalı və İsrail rəsmisinə istinadən dünən xəbər verib ki, Co Bayden administrasiyası keçən ay nüvə araşdırmaları və nüvə_silahı istehsal etmək üçün istifadə oluna biləcək fəaliyyətlərlə bağlı İrana xəbərdarlıq edib və buna görə ciddi narahatlıqların olduğunu vurğulayıb.
Məlumata görə, həm ABŞ, həm də İsrail son aylarda İranın nüvə fəaliyyətinə dair bir sıra şübhəli hallarla rastlaşıb.
Hökumət rəsmiləri bildiriblər ki, bu fəaliyyətlər İran hökumətinin ABŞ-də prezident seçkiləri öncəsi gərgin aylardan istifadə edərək nüvə silahı istehsalına doğru hərəkət etmək məqsədilə gizli_planların bir hissəsi ola bilər.
Qeyd olunub ki, İsrail ilə bir sıra araşdırmalardan sonra Co Bayden hökuməti İran hökumətinə üçüncü ölkə vasitəsilə narahatlığını çatdırıb. / Azad İran