Çərşənbə , Noyabr 18 2026
azfa

Xameneyinin Azərbaycan türkcəsindəki media hesabı məhdudlaşdırılıb

GADTB: İranın ali rəhbəri Əli Xameneyinin Azərbaycan türkcəsində olan rəsmi “X” hesabı platforma tərəfindən məhdudlaşdırılıb.

Məlumata görə, Xameneyinin media hesabının izləyicilərinin hamısı “X” platforması tərəfindən silinib.

Qeyd edək ki, İranın ali rəhbərinin Azərbaycan türkcəsində paylaşımlar edilən sosial media hesabı iki ilə yaxın müddətdə fəaliyyət göstərib və minlərlə izləyici toplayıb. Media hesabında isə daha çox İranın siyasi-ideoloji təbliğatını genişləndirmək məqsədi ilə paylaşımlar edilib./ Azad İran

Həmçinin yoxlayın

Zəncanda mənzil növbəsində olan şəxslər evlərin təhvil verilməsinin gecikməsinə etiraz ediblər

GADTB: 27 aban 1405-ci il tarixində bir qrup mənzil müraciətçisi Zəncan vilayətinin Yol və Şəhərsalma …

İsrail ordusu İrana qarşı yeni müharibəyə hazırlaşır

GADTB: İsrailin “Ynet” xəbər saytı bildirib ki, İsrail ordusu İranla yenidən hərbi qarşıdurmaya hazırlaşır. Lakin …