Cümə , Sentyabr 18 2026
azfa

Axios: İsrail xüsusi təyinatlıları İrana girəcək

GADTB: ABŞ hücum etməkdən imtina edərsə, İsrail İranın Fordo nüvə obyektinə xüsusi təyinatlı qüvvələrini göndərə bilər.

Bu barədə “Axios” məlumat yayıb.

Nəşrin yazdığına görə, İsrail rəsmiləri hesab edir ki, ABŞ Prezidenti Donald Tramp hücum qərarı verəcək. Lakin onlar iddia edirlər ki, təkbaşına belə Fordodakı obyektə ciddi zərər verə bilərlər.

“Axios” bildirir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və Vaşinqtondakı səfir Yexiel Leyter müsahibələrində İsrail ordusunun hava hücumlarından başqa variantları olduğuna işarə ediblər:

“Bu variantlardan biri xüsusi təyinatlı qüvvələrin riskli əməliyyatıdır. İsrail xüsusi təyinatlıları 2024-cü ilin sentyabrında belə bir əməliyyat həyata keçiriblər, baxmayaraq ki, kiçikmiqyaslı olub. Həmin əməliyyatda onlar Suriyada yeraltı raket istehsalı zavodunu partladıblar.

Hazırda İsrail İranın hava məkanını tam nəzarət altına alıb və İran ordusuna ciddi zərbə vurub, buna görə də xüsusi təyinatlı əməliyyat daha az ekstremal görünür.

Amerikalı bir rəsminin sözlərinə görə, israillilər Tramp administrasiyasına bildiriblər ki, bombalar dağın dərinliklərinə kifayət qədər nüfuz etməyə bilər, amma onlar bunu insanların köməyi ilə edə bilərlər”.

Qeyd edək ki, Fordo nüvə müəssisəsinin dağın altında, 90 metr dərinlikdə yerləşdiyi bildirilir.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …