
GADTB: İrqçi fars-molla rejimin Böyük Tehran zindanında həbsdə saxladığı azərbaycanlı fəal Ayaz Seyfxah səsli mesaj yayımlayaraq Urmiya gölünün böhranlı durumu ilə bağlı xəbərdarlıq edib.
Seyfxah mesajında gölün Azərbaycan milləti üçün həyati əhəmiyyət daşıdığına təkid edib: “Urmiya gölünün quruması təkcə ekoloji fəlakət deyil, həm də vətənimizin, mədəniyyətimizin və azərbaycanlı kimliyinin məhv olması deməkdir”.
Ayaz Seyfxah hökumətin siyasətini də tənqid edərək deyib: “Rejim millətin tələblərinə cavab olaraq, həmişə ekoloji problemləri təhlükəsizlik məsələsi kimi təqdim edib, siyasi damğa vurmaqla məsuliyyətdən yayınmağa çalışırlar”.
Qeyd edək ki, İrqçi fars-molla rejimi Urmiya gölünə tökülən çayların qarşısını kəsməklə gölü qurdub və buna etiraz edən azərbaycanlı fəallara da divan tutur.
Video: