Çərşənbə , Aprel 24 2024
azfa

Azərbaycan Milli Hökumətinin 74-cü il dönümü ilə bağlı Güney Azərbaycan Demoratik Türk Birliyinin bildirişi

GADTB: Sevimli Azərbaycan Türk Milləti!

Bu il Vətənimizin Güneyində qurulan milli dövlətçiliyimizin 74-cü il dönümüdür. 21 Azər adı ilə də anılan Güneydə millətimizin yüksək iradəsi sonuc verərək Təbriz mərkəzli Milli dövlətimizin quruluşu gərçəkləndi. S. C. Pişəvəri öndərliyində Güney Azərbaycanda özərk milli hakimiyyət elan edildi. Türk Qacar dövlətçiliyinin yıxılmasıyla yaşam ümidləri, panfarsizmin faşist eyləməri ilə darma-dağın olan Azərbaycan Türk Millətinin özgürlük diləkləri yenidən dirilməyə başladı.

Siyasal, Sosial və milli savunma üzərində yoğunlaşan özərk dövlət sistemi, çox keçmədən millətimizin bütün yaşam alanlarında geniş dəyişikliyə əl vurdu. İlk olaraq Türk dili Azərbaycanın rəsmi dili elan edildi. Bütün eyitim sistemi uşaqların anladığı dildə quruldu. Bölgənin bilimyurdu təsis edildi. Zangandan üzü bəri bütün iri şəhərlərdə milli qəzetələr yayılmağa başladı. Türk insanının müariflənməsi AMH-nin ən üstün görəvinə çevrildi. Cəmiyyyət içərisində ədalətli davranış biçimi ciddiliklə təqib olundu. Millət içində zorbalığa son qoyuldu. Kənd yaşamında dərin düzeyli sistem dəyişikliyi yarandı. Ərbab-rəiyyət sisteminə ölümcül darba vuruldu. Ekonomi sistemi milliləşməyə yönəldi. Ölkənin işğalının qarşısını almaq üçün Fədayi dəstələrindən ibarət Milli Ordu yarandı.

Hər şey millətimizin istəyi kimi irəliləyincə dünyanın sömürgən ölkələri qorxuya düşdülər. Amerika-İngiltərə Faşist farsçı rejiminin hamisi kimi, Rusiya isə Azərbaycan Demokrat Firqəsinin dostu simasında siyasi alış-verişə gəldilər. Bu siyasi alış-verişdə nəcib millətimizin bütün insancıl arzuları bir an içində qurbanlıq oldu. Rusların əlilə Azərbaycan silahsızlaşdı. İngiltərə və Amerikanın əlilə isə, Farsçı faşist rejimin dağılmış ordusu məhz Azərbaycanın işğalı üçün silah-sursatla yenidən quruldu. Azərbaycan Yenidən İşğal olundu. On minlərcə suçsuz soydaşımız işğalçı faşistlərin əlilə həlak oldu. AMH-nin bir il içində əldə etdiyi bütün imkanlar aradan qaldırıldı. Yüz minlərcə sivil ailələr İran adlanan ölkənin ucqar bölgələrinə sürgün edildi.

Əziz millətimiz!

Gördüyünüz kimi, əziz yurdumuz – Aərbaycan,  1925-ci ildən üzü bəri faşist farsçı rejimin bütün boyudlu milli mənəvi və dünyəvi işğalındadır. Milli və mənəvi işğal altında olan millətimizin özgür iradəsinin an-ba-an artmasının şahidyik. Azərbaycan Milli Hökumətinin gəncliyimizə verdiyi böyük dərslərdən yola çıxaraq “ əsarət zəncirini qıram-qıram deyil, birdən qırmaq gərəkir!” hökmü irəli gəlməkdədir.

Burada Azərbaycan Demokrat Firqəsinin siyasətlərini ələşdirmək deyil, zəyif tutumuna bir daha düşməmək yollarını axtarmağı düşünmək gərəkir. Bir kərə, bunu bilmək lazımdır ki, Güney Azərbaycanın gələcəyi İranın faşist dövlətçiliyi şərtləri içində deyil, BMT-nin və dünya düzəni içində irəli sürülməlidir.

Şiə-farsçı rejimin ömrü sona çatmaqdadır. Artıq bunu duymayan qalmamışdır. Ancaq, bundan sonrakı altirnativin necəliyi Azərbaycan Milli Hərəkatını dərindən düşündürməlidir. Gəncliyimizin özgür və bağımsız milli iradəsi gündəmi etgiləyən ingilizcə “Haray-haray mən türkəm!”, “ Təbriz-Bakı-Ankara, Biz hara farslar hara”, “Güney Azərbaycan İran deyil!”, “ Yoguslavakı, yoxsa Çek-Slavakı? Seçim sizinlədir!” kimi aydın mesajlarla ortaya qoyubdur. Bu strategiyanın ortaya qoyulması 100-illik milli əsarətin sonucu olaraq millətimizin də milli görüşünü, gələcək arzularını əks etdirən Milli qurtuluş və tək anlamı ilə İSTİQLAL-dır!

Əziz Millətimiz!

Biz birlikdə Azərbaycanımızın bir daha İran içində əzilib basılmasına izin verməyəcəyik. Doğal zənginliyi ilə dünya düzeyinə çıxmış yurdumuzun milli-siyasi və gərçək zənginliyi olan İSTİQLALINI da bəşəriyyətə ərməğan edəcəyik. Bir anlığına İstiqlal düşüncəsindən vaz keçmək gələcək nəsillər üçün milli xəyanətdən başqa deyil.

İSTİQLAL! Sonunadək İstiqlal Azərbaycan Türk Millətinin həm də 1828-ci il parçalanmış Millət-Vətən nisgilinə son qoymaq deməkdir.

Yaşasın 21 Azər şəhidlərinin xatirəsi!

Əjdər Təqizadə

Güney Azərbaycan Demoratik Türk Birliyinin (GADTB) başqanı

2019-12-09 

Həmçinin yoxlayın

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Gürcüstan yolu ilə Ermənistana ağır döyüş texnikası daşınır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Gürcüstan-Ermənistan  dəmir yolu ilə Ermənistana ağır döyüş texnikaları …

Bir cavab yazın