GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ordusunun 160 erməni silahlısını əsir götürdüyü barədə video yayılıb.
Yayılan videoda Azərbaycan Ordusunun erməni yaraqlıları əsir götürdüyü bildirilib.
Bildirilir ki, “Şuşa rayonunun Qaladərəsi istiqamətində bir qrup erməni terrorçu Azərbaycan Ordusu tərəfindən tərksilah edilib. Onların sayı 160-dır”.
Ermənistan Müdafiə Nazirliyi yayılan videola bağlı yaxın dəqiqələrdə açıqlama yayacağını elan edib.