Şənbə , Yanvar 28 2023
azfa

Azərbaycan Prezidenti: “İranla sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”

“Mən İranın üç prezidenti – Xatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”.

Bu fikirləri İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

 “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”,-deyə Azərbaycan Prezidenti əlavə edib.

Azərbaycan Prezidenti həmçinin deyib ki, Azərbaycan ərazilərinin işğalı dövründə İran silahlı qüvvələri Azərbaycan sərhədinin Ermənistan tərəfindən işğal olunmuş hissəsində heç vaxt heç bir təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında idi. Bu da Azərbaycanla İranın sərhədidir. Bəs niyə bu sərhəddə hərbi təlimlər keçirmədilər?

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışı zamanı deyib.

“İran rəsmiləri, o cümlədən yüksək rütbəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün “qırmızı xətt” olduğunu bildirir. Niyə onların heç biri bizim haqqımızda da danışmır? 30 il ərazilərimiz işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün İran üçün “qırmızı xətt” olduğunu eşidən varmı? Yox. Bu, Azərbaycan xalqının verdiyi sadə sualdır. Tək mən yox”, – Prezident bildirib.

Həmçinin yoxlayın

Bayraqdar: Bu PUA-larımız inqilab edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib …

Güney Azərbaycandan Azərbaycanla həmrəyliyə çağırış

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı milli-mədəni fəallar Azərbaycan Respublikasının …