Bazar , Oktyabr 18 2026
azfa

BMT İranda insan hüquqları pozuntularını araşdırmaq üçün xüsusi missiya yaradır

GADTB: BMT-nin İnsan Haqları Şurası cümə axşamı Cenevrədə keçirilən xüsusi iclasında İranda etirazlar zamanı insan haqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnaməni qəbul edib.

ABŞ və digər Qərb dövlətləri tərəfindən fəal şəkildə irəli sürülən qətnamə Şuranı təşkil edən 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib, altı ölkə, o cümlədən Ermənistan, Çin və Kuba əleyhinə səs verib, 16 dövlət isə səsvermədə bitərəf qalıb.

Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İran İslam Respublikasında insan hüquqlarının pozulması ilə bağlı iddiaları hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, habelə sübutları toplamalı və təhlil etməlidir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …