Bazar , Yanvar 23 2022
azfa

Azərbaycan prezidenti Selçuk Bayraktarı və “ASELSAN” Şirkətinin rəhbərliyini qəbul etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Eyni zamanda Səlcuq Bayraqdar özünün sosial şəbəkə hesablarında Azərbaycana səfəri bilgi verib. Səlcuq Bayraqdar Azərbaycan – Türkiyə qardaşlığını özəl olaraq vurğulayıb və səfərindən fotoları paylaşıb.

“Hər kəsə Can Azərbaycandan salamlar! Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin məzarını, azərbaycanlı və Türk şəhidlərimizi ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun. Qardaşlığımızın gözəl havasını birlikdə içimizə çəkdik. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, – deyə Səlcuq Bayraqdar paylaşımında qeyd edib.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …