Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.

Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.

Həmçinin yoxlayın

ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir

GADTB: “The Wall Street Journal” qəzeti yazır ki, ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin …

Trampa İrana qarşı mümkün hərbi əməliyyatların yeni variantları edilir

GADTB: Axios xəbər verir, ABŞ prezidenti Donald Tramp bu gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı …