Bazar ertəsi , Noyabr 16 2026
azfa

İranın on milyardlarla dollarlıq gəlirinə çıxışı məhdudlaşdırılıb

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqtonun tətbiq etdiyi iqtisadi təzyiqlər nəticəsində İranın böyük həcmdə maliyyə resurslarına çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

Nazir sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi İranın “kölgə bankçılığı infrastrukturu”, kriptovalyuta çıxışları, “kölgə donanması”, silah tədarükü şəbəkələri, regionda müttəfiq qrupların maliyyələşdirilməsi və Çin daxilində fəaliyyət göstərən müstəqil neft emalı müəssisələrini hədəfə alıb.

Onun sözlərinə görə, bu tədbirlər nəticəsində İranın “on milyardlarla dollar həcmində gəlir əldə etməsinin qarşısı alınıb” və bu vəsaitlərin müxtəlif fəaliyyətlərə yönəldilməsi məhdudlaşdırılıb.

Bessent bildirib ki, “ti-pot” kimi tanınan kiçik Çin neft emalı zavodları İran neftinin əsas alıcıları sırasında yer alır və sanksiyaların hədəflərindən biridir.

Nazir əlavə edib ki, ABŞ prezidenti Donald Trumpın “maksimum təzyiq siyasəti” çərçivəsində Tehranda inflyasiya artıb və milli valyuta dəyər itirib.

Açıqlamada həmçinin vurğulanıb ki, İranın əsas neft ixrac terminalı olan Xarq adasında saxlama imkanları tükənməyə yaxınlaşır. Bu isə, nazirin sözlərinə görə, hasilatın azalmasına və gündəlik təxminən 170 milyon dollar əlavə gəlirin itirilməsinə səbəb ola bilər.

Bu arada, Kpler analitik qurumunun nümayəndəsi bildirib ki, dəniz mühasirəsi İranın neft ixracına ciddi təsir göstərib və orta müddətdə bu ixracın minimum səviyyəyə enməsi ehtimalı var.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, qeyri-qanuni maliyyə axınlarına kömək edən hər bir şəxs, gəmi və ya qurum ABŞ sanksiyalarına məruz qala bilər.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …