Çərşənbə , Aprel 24 2024
azfa

Azərbaycan Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının fəaliyyətinə gələcəkdə də töhfələrini verəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 4-də Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdat Amreev ilə görüşüb.

Görüşdə Elmar Məmmədyarov Bağdat Amreevi Türk Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edib.

Bağdat Amreev fəaliyyətində dövlət başçılarının qəbul etdikləri qərarlar əsasında Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. O, Azərbaycanın bu işdə həmişə dayaq olacağına ümidvar olduğunu bildirib və bu mənada Türk Şurasının bir beynəlxalq qurum kimi 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə toplantısında təsis edilməsinin tarixi əhəmiyyətini vurğulayıb.

Görüşdə Türk Şurasına daxil olan ölkələr və xalqlar arasında dil və mədəniyyət sahələrində mövcud olan ortaq mirasın müasir dövrün tələblərinə uyğun şəkildə təbliğ və təşviq edilməsinin münasib yolları və bu məqsədlə aparılmalı islahatlar müzakirə edilib. Ölkələrimiz arasında iqtisadi-ticari və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib. Bununla yanaşı, Türk Şurasının BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının dərinləşdirilməsi istiqamətində aparılan işlər müzakirə olunub.

Nazir Elmar Məmmədyarov baş katib Bağdat Amreevə fəaliyyətində uğurlar arzu edərək Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə gələcəkdə də töhfələrini verəcəyini söyləyib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın