Bazar ertəsi , Yanvar 17 2022
azfa

Azərbaycan Türkiyədən uzaq mənzilli SOM qanadlı raketləri alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının toplantısı zamanı iki ölkə arasında bir çox sahələri əhatə edən 10-dan artıq birgə sənəd, o cümlədən qarşılıqlı ticarət-investisiya əlaqələrinə dair sənədlər imzalanıb.

Əldə edilən anlaşmalardan biri də Türkiyənin SOM yüksək dəqiqlikli, “hava-yer” tipli qanadlı raketini Azərbaycana ixrac etməsini nəzərdə tutur. Bu haqda aydınlık.com.tr Türkiyənin vitse-prezidenti Fuad Oktayın verdiyi açıqlamalara əsasən bildirir.

Məlumatda deyilir ki, TÜBİTAK Müdafiə Sənayesi Araşdırma İnstitutu (SAGE) tərəfindən hazırlanan, “Roketsan” tərəfindən seriya istehsalı həyata keçirilən SOM qanadlı raketi Azərbaycanın Hərbi Hava Qüvvələrinin inventarında yer alan döyüş təyyarələrinə inteqrasiya ediləcək. Bununla da Azərbaycan 250 kilometr və daha çox mənzilə sahib olan, yüksək dəqiqliyə malik raketə malik olacaq.

SOM-B1 raketi daha əvvəl, 2019-cu ildə Bakıda keçirilən hərbi paradda ilk dəfə nümayiş etdirilmişdi.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …