Çərşənbə , Fevral 11 2026
azfa

Azərbaycan, türkmən və qaşqay türklərinin birliyini göstərən “Sən çağırsan gələrəm mən” sənədli filmi təqdim olunub – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradinin Azərbaycan, türkmən və qaşqay türklərinin birliyini nümayiş etdirən “Sən çağırsan gələrəm mən” sənədli filminin təqdimatı keçirilib.

Türk dilində hazırlanan sənədli film Novruz bayramı günlərində selə məruz qalan Güney Türkmənistan bölgəsi ilə bağlıdır. Filmdə Azərbaycan, türkmən və qaşqay türklərinin həmrəyliyi təsvir olunub.

Müəllif çəkdiyi film barədə yazıb: “Türkmən səhra” təbii fəlakət bölgəsinə yardıma gedən, lakin qayıdarkən “Gümüştəpə”də qayıqları aşdığı üçün şəhid olan 6 xilasediciyə həsr edib. Türkmənsəhra bölgəsində baş verən sel fəlakəti ilə bağlı xəbər yayıldıqdan dərhal sonra Azərbaycan və Qaşqay türklərinin yardım karvanı təbii fəlakət bölgəsinə yollandı. Yardım karvanları “Traxtur” komandası banneri və “Sən çağırsan gələrəm mən” sədası ilə hərəkət edib, “Türkmənsəhra”da oğuz nəvələrinin birliyini nümayiş etdirdilər.”

Türk ellərinin bu şəkildə dayanışma nümayiş etdirməsi şiə və sünni bölgələri arasında mümkün inamsızlığı təmami ilə aradan qaldırıb.

Bu hadisədən sonra bir qrup türkmənlər məşhur türkmən futbolçu Sərdar Azmunun təşəbbüsü ilə “Perspolis”lə yarışda “Traxtur” komandasına dəstək vermək üçün Təbrizə gəldilər. Azərbaycanlılar tərəfindən alqışlarla qarşılanan soydaşlarımız yol boyu “Sən çağırsan gələrəm mən…” şüarı səsləndirmişdilər.

Sözügedən sənədli filmdə məhdud şəkildə də olsa, İran adlanan ərazi coğrafiyasında yaşayan türk ellərinin bir-birinə olan  məhəbbəti təsvir olunub.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın