Şənbə , Avqust 8 2026
azfa

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar virtual sərgi açılıb-Sənəd

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq, Azərbaycanın Milli Arxiv İdarəsi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib. Bu barədə Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov AZƏRTAC-a bildirib.

“Cümhuriyyətin fəaliyyətinə həsr olunan virtual sərgi Milli Arxivdə və Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə edilən sənədlər əsasında hazırlanıb. Sərgidə Cümhuriyyətin fəaliyyətinin yalnız bir hissəsini əhatə edən sənədlər və fotoşəkillər yerləşdirilib. Sənədlərin ardıcıllığı mövzular üzrə qeyd olunub”, – deyə N.Eminov söyləyib.

 

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) sayın Ata beyin əziz anasının vəfatı münasibəti ilə başsağlığı mesajı yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilat məsulu …

Müctəba Xameneyinin səhhətinin pisləşdiyi barədə məlumat yayılıb

GADTB: İran Wire nəşri İran prezidenti Məsud Pezeşkian hökumətinə yaxın olduğu bildirilən iki mənbəyə istinadən …

Bir cavab yazın