Cümə , Aprel 26 2024
azfa

Azərbaycanı parçalamaq məqsədilə qeyri-türk vali və qubernatorların təyini

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Güney Azərbaycanı parçalamaq məqsədilə Azərbaycanın mühüm vilayət və şəhərlərinə fars, kürd və gilək vali və qubernatorlar təyin edir. Rejim bu istiqamətdə Rəştin şərqində Lahican şəhərinin yaxınlığında yerləşən Astani Əşrəfiyyə şəhərinin Kosim kəndindən olan gilək Yunis Rənckeşi Güney Azərbaycan şəhəri Astaraya qubernator təyin edib. Həmin qubernatorun əli ilə isə Güney Azərbaycandan Heyran gədiyini qoparmaq və Gilan vilayətinə birləşdirmək istəyir. Rejim Rənckeşin vasitəsilə elə göstərmək istəyir ki, guya Azərbaycan türklərindən olan astaralılar Heyran gədiyini tələb edirlər. Beləliklə rejim Azərbaycan şəhəri olan Astara ilə Ərdəbil əhalisi arasında da süni ixtilaf yaratmağa çalışır. Halbuki, Astara əhalisi bu şəhərin Güney Azərbaycana qaytarılmasını tələb edirlər.

Eyni zamanda irqçi fars rejimi Qərbi Azərbaycan vilayətinə Xorasandan kürd vali təyin etməklə Qərbi Azərbaycanın Kürdüstanlaşdırılması prosesini həyata keçirib böyük bir vilayəti Azərbaycandan qoparmağı qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın