Şənbə , Fevral 15 2025
azfa

Azərbaycanın Tiraxtur komandasına xəyanət barədə yeni faktlar üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tiraxtur komandasının Rəştdə əvvəlcədən razılaşdırılmış xəyanətlə uduzdurlmasına dair yeni-yeni faktlar ortaya çıxır.

Təbrizin Maşınsazi komandasının icraçı müdiri Huşəng Nəsirzadə dünən bildirib ki, Tiraxturla Sepidrud komandalarının yarışından bir gün öncə adını açıqlamayan bir şəxs ona zəng edərək, Möhsün Fruzanın Rəştdə keçiriləcək yarışda qapıçı kimi oyuna buraxılmamasının məsləhət olduğunu bildirib. O xəyanətin olacağını bildirib və qeyd edib ki, əgər biz sizin yerinizə olsaydıq onu oyuna buraxmazdıq.

Həmçinin bundan öncə məlum olub ki, aprelin 12-də Rəştin Sərdari cəngəl stadionunda Güney Azərbaycanın Tiraxtur futbol komandasını böyük hesabla Sepid ruda uduzmasında qapıçı Möhsün Fruzanın Tiraxtur komandasına xəyanəti əsas rol oynayıb.

İrqçi fars rejimin “Mehr” xəbər agentliyi Fruzanın adına birbaşa işarə etməsə də etdiyi xəyanətin ifşa olunduğu barədə məlumat yayıb: “Futbol Federasiyasının Əxlaq Komitəsi super liqa və birinci dəstə oyunlarını araşdıraraq bir futbolçunun bir neçə görüşün nəticəsi ilə bağlı gizlicə mərcə girdiyini üzə çıxarıb, mərcləşmənin nəticəsində milyardlar tümən məbləğində pul qazanılıb. Əxlaq Komitəsi bundan əvvəl də həmin futbolçunun belə hərəkətlərini anlayıb, faktlar əldə etmişdir. Lakin futbolçuya qarşı heç bir tədbirin görülməməsi 18-ci super liqa yarışlarında bir komandanın taleyini dəyişdi. Bundan sonra Əxlaq Komitəsindən öncə klub məsulları futbolçuya qarşı tədbir görməyə məcbur oldular.”

Həmçinin yoxlayın

Traxtur klubunun Sahibi İranda rasizm kəskin tənqid etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi dairələri və fars irqçilərinə xitabən müsahibə …

Təbrizdə şirniyyat daşıyan sürücülər tətil keçiriblər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz şəhərində “Şirin Əsəl” Qida Sənaye Qrupunun …

Bir cavab yazın