Azərbaycanla dostlaşdığını iddia edən İran Azərbaycan dövlətinə qarşı çıxan Nardaran məhbusları ilə həmrəylik günü mərasimi keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikası ilə dostlaşdığını iddia edən İran adlanan ölkə Azərbaycan dövlətinə qarşı çıxan Nardaran məhbusları ilə həmrəylik günü mərasimi keçirir. Mərasim irqçi fars rejimin amilləri və rəsmiləri tərəfindən 2018-ci il aprel ayının 13-də Təbriz şəhərinin Meydan məscidində keçiriləcək.

Nardaranda Azərbaycan dövlətinə qarşı çıxaraq həbs edilənlərlə həmrəylik mərasimi İran islam rejiminin Adsız Şəhidlər Matəm Heyəti və Sarullah Varisləri Təşkilatlarının təşkilatçılığı ilə keçiriləcək.

Həmrəylik mərasiminin əsas çıxışçısı cənab Bərgi olacaq.

Qeyd edək ki, irqçi fars rejiminin bu addımı Azərbaycan Respublikasının daxili işlərinə müdaxilədir.

Həmçinin yoxlayın

Qəzvində azərbaycanlı fəala təzyiq göstərilir

GADTB: Güney Azərbaycanın Qəzvin bölgəsinin Xurrəmdəşt bölgəsindən olan İsmayıl Xudayari Qəzvin Baş İnqilab Prokurorluğunun beşinci …

Əkbər Azadla azərbaycanlı milli fəallar Ərdəbildə görüş keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, həbs cəzasından sonra sürgünə göndərilməsi barədə qərar çıxarılan …

Bir cavab yazın