Çərşənbə axşamı , May 17 2022
azfa

Azərbaycanlı ailə övladına Alparslan adı verdiyi üçün doğum şəhadətnaməsi ala bilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbrizdə azərbaycanlı ailənin övladına Alparslan adı verdiyi üçün doğum şəhadətnaməsi vermir.

Alparslanın atası Mustafa Əvəzpur bu barədə açıqlama verərək, deyib ki, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsi onun oğluna türk mənşəli ad qoyduğu üçün doğum şəhadətnaməsi vermir. O, bununla bağlı Təbrizdəki Ümumi Hüquq Məhkəməsinin 2-ci şöbəsinə şikayət verib. Lakin məhkəmə iddiaçının ərizəsinə baxmayıb. Həmin şöbə məhkəmə işini İnzibati Ədalət Məhkəməsinə göndərib.

Təbrizdəki Ümumi Hüquq Məhkəməsinin 2-ci şöbəsinin rəisi Seyid Vəliullah Höccəti Mustafa Əvəzpurun şikayətinə çıxardığı qərarda yazılıb: “Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsi dövlət qurumu kimi hüquqi tənzimləmələrin icrasını pozarsa, dövlət nizamnamələrinin pozulmasını müəyyən etmək İnzibati Məhkəmənin səlahiyyətində olduğu üçün şikayətçi iddiasına Ümumi Hüquq Məhkəməsində baxıla bilməz və onun İnzibati Məhkəmədə araşdırılması lazımdır”.

Bundan öncə dekabr ayında Alparslannın atası Təbrizdə İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsinin oğlunun adının türkcə olduğuna görə doğum haqqında şəhadətnamə vermədiyi barədə sosial şəbəkədə paylaşım etmişdi. O bildirmişdi ki, doğum haqqında şəhadətnamə verilmədiyi üçün onun övladına vaksin vurdurmaq və başqa müayinə, müalicə xidmətlərindən istifadə etmək hüququ əlindən alınıb.

Qeyd edək ki, İran rejimi azərbaycanlıları bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz dillərində övladlarına ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …