Cümə , Aprel 17 2026
azfa

Azərbaycanlı fəal Babək Vəlipur mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Babək Vəlipur 37 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığındazaminə buraxılıb.

Qeyd edək ki, Babək Vəlipur 219-cu il mayın 25-də Tehranda irqçi fars rejimin ETTELAAT qüvvələri tərəfindən yaxalanılaraq naməlum istiqamətə aparılmışdır.

Bildirili ki, Babək Vəlipur yaxalanandan öncə Yaşar Nikrla görüşməli idi. Lakin Babək görüşə bir gün qalmış Tehranda rejimin ETTELAAT İdarəsinin məmurları tərəfindən tutuldu. Bir gün sonra isə Yaşar Nikru Rəşt şəhərində yaxalanıb.

Yaşar Nikru 2 həftə xəbərsiz şəkildə saxlandıqdan sonra  iyunun 11-də sərbəst buraxılıb.

Hər iki azərbaycanlı fəal Babək Vəlipur və Yaşar Nikru “Türkmən səhra” bölgəsində sel baş verdiyi zaman digər azərbaycanlı milli fəallarla birlikdə təbii fəlakət bölgəsinə gedib, onlar yardım etmə prosesində iştirak ediblər.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …

Bir cavab yazın