Çərşənbə , Aprel 22 2026
azfa

Azərbaycanlı fəal Behzad Paşazadə Urmiyada rejimin ETTELAAT orqanlarına çağrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT orqanı azərbaycanlı milli-mədəni fəal Behzad Paşazadəni çağıraraq sorğu-suala tutub.

Mayın 28-də Güney AzərbaycanınUrmiya şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Behzad Paşazadə İranın Urmiyadakı ETTELAAT İdarəsində çağıraraq sorğu-suala tutub və daha sonra sərbəst buraxıblar.

Onun Təhlükəsizlik Nazirliyinin informasiya bölməsində dindirildikdən sonra sərbəst buraxıldığı bildirilir.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Behzad Paşazadə bundan öncə də mədəni fəaliyyətlərinə görə bir neçə dəfə yaxalanmışdı. Fəal 2011-ci ildə Urmiya gölünün qurudulması, 2015-ci ildə isə İran televizyasının “Titilə” proqramında Azərbaycan türklərinin təhqir edilməsinə  görə keçirilən etiraz aksiyalarına qatıldığı üçün həbs edilmişdi.

Həmçinin yoxlayın

Tramp atəşkəsin müddətini uzatdı, dəniz blokadası davam edir

GADTB: ABŞ prezidenti Donald Tramp İranla bağlı atəşkəs rejimini uzadıb. Lakin dəniz blokadası daha kəskin …

Kosovo SEPAH-ı terror təşkilatı kimi tanıdı

GADTB: Kosovo Xarici İşlər Nazirliyi İslam İnqilabının Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edildiyini açıqlayıb. …