Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanlı fəal İbrahim Nuri Evin zindanının rəisinə qarşı şikayət ərizəsi yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağ və uyğur türklərinin hüquqlarını müdafiə etməyə çalışdığı üçün irqçi fars rejim tərəfindən Tehranın Evin zindanına salınana azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri həbsxanaya düzgün nəzarət olunmadığı və “Zindanların Nizamnaməsi” kitabının qaytarılmadığı üçün zindan rəisinə qarşı şikayət ərizəsi yazıb.

2018-ci il dekabrın 11-də Azərbaycanlı fəal İbrahim Nuri Evin zindanının 7-ci maarifləndirmə bölməsinin rəisinə xəbərdarlıq məktubu ünvanlayaraq zindan məsulları tərəfindən alınan “Zindanların Nizamnaməsi” kitabının qaytarılmasını tələb etmişdir. O xəbərdarlıq etmişdir ki, zindanın daxili qaydaları ilə bağlı kitab qaytarılmayacağı təqdirdə dekabrın 16-dan həbsxananın qaydalarına riayət etməyəcək. Buna səbəb qaydalarla tanış olmamaqdır və qanuna görə, bu vəziyyətdə qaydaya riayət etməyən şəxs heç bir məsuliyyət daşımır.

Bu hadisədən sonra zindanın 7-ci bölməsinin rəisi İbrahim Nuri ilə görüşərək kitabın qaytarılması problemini ona izah edib. O bildirib ki, məhbusun tələbi təmin olunacaq və kitab yaxın zamanda ona qaytarılacaq. Lakin kitab hələ də İbrahim Nuriyə qaytarılmayıb. Fəal bunu saxlandığı zindanın rəisi Əli Çaharmahalinin həbsxanaya düzgün nəzarət etməməsi ilə əlaqələndirərək onun əleyhinə Müqəddəsi Ərdəbil 33-cü Məntəqənin Prokurorluğuna (Evin) şikayət ərizəsi ünvanlayıb.

Əli Çaharmahalinin əleyhinə təqdim edilən şikayət ərizəsində yazılıb:

Zindan təşkilatlarının nizamnaməsi həbsxanaya yeni gələn məhbuslara “Zindanların Nizamnaməsi” kitabının verilməsi, həmçinin onların hüquqları ilə bağlı maarifləndirilməsini məhbusların hüququ kimi tanıyıb. Ötən aylarda 4-cü maarifləndirmə bölməsinə daxil olduğum zaman əlimdə “Zindanların Nizamnaməsi” kitabı var idi. Həmin kitab zindan məsulları tərəfindən məndən alındı və geri aytarılmadı. İslami Cəza Qanununun 570-ci maddəsinə əsasən rəsmi şəxslər və orqanlar kimsəni şəxsi azadlığından məhrum edərsə, o işindən  kənarlaşdırılmaqdan əlavə, 1 ildən 5 ilədək hökumət işində çalışmaqdan məhrum edilməli və 2 aydan 3 ilə qədər həbs olunmalıdır. Sırf bu qanunu rəhbər tutaraq Evin zinanının rəisi Əli Çaharmahaliyə qarşı şikayət ərizəsi ilə müraiət edirəm.

İbrahim Nuri

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın