Bazar ertəsi , Oktyabr 26 2026
azfa
Qaynar xəbər

İrqçi fars rejimin terror hazırladığı üçün iki diplomatı qovuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin iki diplomatı Albaniyadan deport edilib.

Bu məlumatı Albaniyanın “Top Channel” televiziyası öz mənbələrinə istinadən yayıb. Məlumata görə, buna səbəb iranlı diplomatların 2016-cı ildə İsrailin futbol yığmasına qarşı terakt hazırlığında iştirak etmələri olub. Belə ki, rəsmi Tirana bu diplomatları Albaniyanın təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edib. Bu qərarın müttəfiq dövlətlərlə məsləhətləşmələrdən sonra verildiyi bildirilib.

Qeyd edək ki, bundan öncə İsrail futbol yığmasına qarşı terakt hazırlığı ittihamıyla Albaniya və Kosovada 20 nəfər yaxalanıb. Onlardan 9-u Kosovada 35,5 il həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Qaşqayların ənənəvi geyimləri Türkiyədə keçirilən beynəlxalq konfransda Türk dünyasının tarixi kimliyinin və mədəni irsinin bir hissəsi kimi təqdim olunub

GADTB: Qaşqay türkü olan tədqiqatçı Altay Qaşqay Türkiyədə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış …

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

GADTB: Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Mətbuatda tatılan məktubun mətnini təqdim …

Bir cavab yazın