GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Əcəbşer şəhərindən olan azərbaycanlı milli fəal Məhəmməd Elatini məhkəməyə çağırıb.
Azərbaycanlı fəalın yaxınlarının bildirdiyinə görə, Məhəmməd Elati məhkəmənin elektron sistemi vasitəsilə aldığı bildirişə əsasən, avqustun 15-də “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə Əcəbşer şəhərində yerləşən rejimin İnqilab Məhkəməsində olmalıdır.
Qeyd edək ki, Məhəmməd Elati aprelin 5-də və iyunun 12-də də Əcəbşer məhkəməsinə çağırılmış və barəsində irəli sürülən ittihamlarla bağlı özünü müdafiə etmişdi.
Azərbaycanlı milli fəal məhkəmədə türkcə kitablar, təqvimlər paylanılması və başqa mədəni və milli fəaliyyətlərlə bağlı sorğu-sual edilimişdi.