Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı fəal Muctaba Süleymani 10 gündür Qəzvində Sepah qüvvələri tərəfindən oğurlanıb-Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Xoy şəhərində 1988-ci ildə dünyaya göz açan azərbaycanlı milli-mədəni fəal Müctaba Süleymani Qəzvin Əyalətinin Avəc şəhərində işğalçı fars rejimin Sepah qüvvələrinin təhlükəsizlik bölməsi tərəfindən oğurlanıb.

Heç bir günahı olmayan azərbaycanlı fəalın təxminən 10 gün əvvəl oğurlanaraq, yaxalandığı bildirilir. Lakin rejimin məmurları bu xəbərin yayılmasını qadağan etdikləri üçün xəbər yenicə yayılıb.

Məlumata görə, Avəc şəhərində işləyən azərbaycanlı milli-mədəni fəal Müctaba Süleymani rejimin Sepah məmurları tərəfindən oğurlandıqdan sonra onun ailəsi bütün səlahiyyətli orqanlara müraciət edib. Lakin fəalın vəziyyəti ilə bağlı onlara heç bir məlumat verilməyib.

M.Süleymaninin Avəcin böyük türk kəndlərindən olan Ərdalana gedərkən həmin türk kəndində fars rejim tərəfindən türk dilini bilməyən bir ibtidai məktəb müəllimi göndərərk, fars dilini bilməyən uşaqlara dərs keçir. Nəticədə uşaqlarla müəllim bir-birini başa düşmür. Əhalinin rejimin aidiyyəti orqabnlarına müraciət etməsinə baxmayaraq, müəllim dəyişdirilməyib. Fəal bu məsələni videoya çəkib ictimailəşdirdiyi üçün rejimin məmurları tərəfindən oğurlanıb.

 

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın