Cümə axşamı , Mart 23 2023
azfa

Azərbaycanlı fəal Ruhulla Əhmədnəjad mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxalayaraq işgənələrə məruz qoyduğu azərbaycanlı milli-mədəni fəal mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.

Fəalın 32 gün saxlandıqdan sonra 150 milyon tümənlik vəsiqə qarşılığında rejimin Təbrizdə yerləşən mərkəzi zindanından zaminə buraxıldığı bildirilir.

Rejimin məhkəməsi azərbaycanlı fəalı şərləyərək, “ölkəyə qarşı mübarizə aparan qrupa üzvlükdə” ittiham edib. Lakin hansı qrupdan söhbət getdiyi açıqlanmır.

Qeyd edək ki, Ruhulla Əhmədnəjad iyulun 2-də Təbrizdə öz iş yerində rejimin mülki geyimli məmurları tərəfindən yaxalanıb.

Rejimin ETTELAAT məmurları fəalı yaxaladıqdan sonra onun qardaşı evinə hücum edib məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartının məmurlar tərəfindən müsadirə edildiyi bildirilir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın