Bazar ertəsi , Noyabr 16 2026
azfa

Türkiyə dünyada 2 ölkədə olan möhtəşəm silahlarını nümayiş etdirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Baykar” şirkətinin yaratdığı “Akıncı” pilotsuz uçuş aparatı bir F-16 təyyarəsinin daşıya biləcəyi bütün sursatları daşıya bilir.

Bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

“Roketsan”ın istehsal etdiyi SOM-J raketini rahat şəkildə “Akıncı”ya inteqrasiya edib onun üzərindən istifadə edə bilərik. Bu cür raketləri dünyada sadəcə 2 ölkə inkişaf etdirib. Dolayısı ilə F-35 proqramında olan ölkələr bu cür raketlər almaq istəsələr, biz proqramdan kənarlaşdırılmış olsaq da rahatlıqla satış həyata keçirə bilərik. Gələcək PUA-lardan asılı olacaq. Bu PUA-dan daha yüksəyi döyüşən PUA layihəsidir. Qırıcı qabiliyyətlərinə sahib PUA – dünya buna doğru irəliləyir”, – nazir bildirib.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …

Bir cavab yazın