Azərbaycanlı fəallar Əhməd Məhəmmədpur və Əli Məali mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İran rejimi tərəfindən həbs edilən azərbaycanlı milli- mədəni fəal Əhməd Məhəmmədpur və Əli Məali dünən günorta saatlarında mülki vəsiqə qarşılığında Ərdəbil zindanından

Azərbaycanlı milli fəal Əhməd Məhəmmədpur 350 milyon, Əli Məali 150 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıblar.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin hakimi Babək Nounəhal hər iki fəalara qarşı Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə “Ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət”, “Siyasi sistem əleyhinə təbliğ” və “İctimai asayişi pozmaq” kimi saxta ittihamlar irəli sürüb. Görünür Ermənistanın işğalçılıq siyasətini pisləmək İran rejimi üçün “Ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət”, “Siyasi sistem əleyhinə təbliğ” və “İctimai asayişi pozmaq” hesab edilir.

Azərbaycanlı fəallar Əhməd Məhəmmədpur və Əli Məali oktyabr ayının 1-də Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda keçirdiyi əməliyyatlara dəstək nümayiş etdirdikləri üçün vəhşicəsinə döyülərək yaxalanmışdılar.

Digər tərəfdən, tutulan digər ərdəbilli milli- mədəni fəal Ramin Danəndə isə Ərdəbil Mərkəzi Həbsxanasının tibb bölməsində saxlanılır və onun barəsində məlumat yoxdur.

Həmçinin ərdəbilli digər iki fəal Əli Xeyrcu və Meysəm Culani isə Ərdəbil Mərkəzi zindanından rejimin Ərdəbildəki ETTELAAT İdarəsinə köçürülüblər. ETTELAAT qüvvələri bu fəalları evlərinə də hücum edib, özlərini və ailələrini vəhşicəsinə döyürək yaxalamışlar. Onlara indiyədək ailələri ilə telefon əlaqəsi saxlamağa və ya görüşməyə icazə verilməyib.

Qeyd etmək lazımdır ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Quzey Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək üçün keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədi ilə təşkil edilmiş aksiyada 30-dan çox milli fəal həbs edilib. İndiyədək onlardan yalnız 12-nin kim olduğunu müəyyənləşdirmək mümkün olub.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Keçən həftə isə Amnesty İnternational yaydığı bəyanatda Tehran rejimi tərəfindən azərbaycanlı fəalların kütləvi şəkildə həbsindən narahat olduğunu bildirərək, onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın