Çərşənbə , Noyabr 30 2022
azfa

Azərbaycanlı fəallar Təbriz zindanında aclıq aksiyasına başlayıblar

Azərbaycanlı milli fəallar Siyavuş Əlizadə və Yaşar Piri məhkəmənin 200 milyon tümənlik girov müqabilində zaminə buraxılmalarına dair qərarına rəğmən və ETTELAAT İdarəsinin məhkəmə hökmünə etina etməməsinə görə aclıq aksiyasına başlayıblar.

Azərbaycanlı milli-mədəni fəal Yaşar Piri Təbrizin Şəhid Beheşti Ümimu və İnqilab Prokurorluğundan çıxdıqdan sonra ailəsi ilə qısa telefon əlaqəsi zamanı  aclıq aksiyasına başladıqlarını açıqlayıb.

O, azərbaycanlı milli fəal Siyavuş Əlizadə ilə birlikdə barələrində açılan qondarma cinayət işinə etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqlarını deyib.

Azərbaycanlı fəallar rejimin Təbrizdəki Ümimu və İnqilab Prokurorluğunun 7-ci şöbəsi tərəfindən ittiham edilib və Təbrizdə zindanın karantin bölməsinə köçürülüblər.

Qeyd edək ki, İran rejiminin ETTELAAT məmurları avqustun 17-də Yaşar Pirini yaxalayaraq naməlum yerə aparmışdı.

Bundan öncə azərbaycanlı fəal Yaşar Piri 2001-ci il fevral ayının 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdır. 3 gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında zaminə buraxılan fəal ayın 26-da Təbriz şəhərinin İmam Rza adına xəstəxanaya yerləşdirilmişdi.

Yaşar Piri Sepahın ETTELAAT bölməsində işgəncə edilərək ciddi bədən xəsarətləri almışdı.

Həmin vaxt həkimlər bildirmişdilər ki, fəalın bibər qazı nəticəsində nəfəs borularında problemlər yaranıb və aldığı zərbələrdən böyrəkləri zədələnmişdi. Fəalın bədəninin müxtəlif yerlərində işgəncə izləri qalmışdı

Yaşar Piri həmçinin 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəalla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdır.

Həmçinin yoxlayın

Məlikanda yaxalanan bir neçə azərbaycanlı fəal zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Məlikan şəhərində həbs …

Kanada məhkəməsi İranın Sepah-nın terrorçu təşkilat olması barədə qərar çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanada məhkəməsi artıq terror əməliyyatları dünyaya məluma olan …