Cümə , Noyabr 13 2026
azfa

Azərbaycanlı fəallar tanmış fəal Əziz Purvəlini xəstəxanada ziyarət etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar xəstəxanaya düşən tanmış fəal Əziz Purvəlini xəstəxanada ziyarət etdilər.

Qeyd edək ki, irqçi və işğalçı fars rejimin təhlükəsizlik qüvvələri Təbrizin İmam Rza xəstəxanasında müalicə üçün yattırılan tanınmış azərbaycanlı fəal Əziz Purvəlinin ailəsini hədələdi.

Rejimin məmurları fəalın oğlunu sorğu-suala çəkib, hədələmişlər. Buna səbəb isə azərbaycanlı fəalların  xəstəxanaya düşən Əziz Purvəlinin görüşünə gəlmələri olub.

Azərbaycanlı fəal Əziz Purvəli müalicəsini davam etdirmək üçün məqsədilə Təbrizin İmam Rza xəstəxanasında yatızdırılıb. Lakin rejimin təhlükəsizlik qüvvələri fəalın müalicəsinə də mane olur. Azərbaycanlı fəal bundan öncə isə iki dəfə cərahiyyə əməliyyatı keçirmişdir.

Həmçinin yoxlayın

İranın nüvə doktrinasının dəyişdirilməsi və bunun qlobal təhlükələri

GADTB: ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri Birləşmiş Ştatlar və İsrailin İrana hərbi hücum ehtimalını azaltsa …

İbrahim Asmaninin Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılması davam edir, ailəsinə susmaq üçün təzyiq göstərilir

GADTB: Daha əvvəl 30 ay həbs cəzasına məhkum edilmiş və cəzasını elektron qolbaq vasitəsilə ev …

Bir cavab yazın