Çərşənbə , Noyabr 25 2026
azfa

İrqçi fars rejim 290 casusu aşkarladığını iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran və regiondakı casus şəbəkəsini aşkar etdiyini iddia edir.

Bunu İran İnformasiya naziri Mahmud Ələvi deyib. O, casus şəbəkəsinin aparılan çətin işdən sonra ortaya çıxarıldığını bildirib. O, şəbəkənin ümumilikdə 290 casusdan ibarət olduğunu deyib. Ələvi həmçinin ABŞ MKİ-nin onlarla əməkdaşının aşkar edilərək həbs edildiyini bildirib. Nazir Tehranın casus şəbəkəsi barədə informasiyanı ABŞ casuslarını həbs edən digər dövlətlərlə də bölüşdüyünü də söyləyib. O, MKİ casuslarıyla bərabər Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin casuslarının da aşkara çıxarılmasıyla məşğul olduqlarını bildirib.

Həmçinin yoxlayın

İraqdan İrana neft qaçaqmalçılığı şəbəkəsi ifşa edildi: neft gəlirləri Tehrana bağlı qrupların silahlandırılmasına yönəldilir

GADTB: “Əl-Ərəbiyyə”nin mənbələri İraq neftinin qaçaqmalçılığı ilə bağlı araşdırmaların genişləndirildiyini bildirərək, İran İslam Respublikasına yaxın …

Tikantəpənin (Tikab) Zərəşuran qızıl mədəninin dövlət borcları müqabilində Şəstaya verilməsi narahatlıq doğurur

GADTB: Tikantəpənin Zərəşuran qızıl mədəninin və emal zavodunun dövlət borclarının bir hissəsinin əvəzi olaraq Sosial …

Bir cavab yazın